Türkiyə ilə bağlı önəmli gəlişmə – Ankaraya iki yeni şərt
Yunanıstanın lobbiçiliyini edən amerikalı konqresmen Kris Pappas tərəfindən hazırlanan F-16-ların Türkiyəyə satışının qarşısını almağa yönəlmiş iki qanun layihəsindən birincisi geri götürülüb, digəri isə yenidən nəzərdən keçirilir.
Qanun layihələrindən birində F-16-ların Türkiyəyə satış ilə bağlı iki şərt irəli sürülüb.
Nümayəndələr Palatasının Qaydalar Komitəsi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2023-cü il büdcəsini özündə əks etdirən qanun layihəsini (NDAA) müzakirə edib.
Pappasın bir çox konqres üzvünün dəstəyi ilə NDAA-ya əlavə edilməsi üçün verdiyi və ABŞ-ın Türkiyəyə F-16 satışının qarşısını almağı hədəfləyən layihəsi də gündəmdə olub. Amma Türkiyənin adı çəkilmədən “NATO müttəfiqinin hava məkanını dəfələrlə pozan” ölkəyə silah satışını qadağan edən ilk qanun layihəsinin yenidən baxılması üçün geri götürüldüyü bildirilib.
Komitənin saytında da qanun layihəsinin geri götürüldü deyilib. Pappasın sözügedən qanun layihəsində Türkiyəyə silah satışının qadağan edilməsi tələbi yer alıb.
Yunanıstanın lobbiçiliyini edən konqresmenin ikinci layihəsinin isə düzəliş edilmək üçün nəzərdən keçirildiyi deyilib.
İkinci qanun layihəsində F-16-ların Türkiyəyə satışı üçün iki şərt yer alıb.
Qanun layihəsində Prezidentin Senat və Nümayəndələr Palatasının Xarici Əlaqələr və Silahlı Qüvvələr Komitələrinə bu satışın ABŞ-ın milli maraqlarına uyğun olduğu və F-16-ların Türkiyə tərəfindən Yunanıstanın hava məkanında icazəsiz istifadə edilməməsini təmin etmək üçün atılan konkret addımların ətraflı izahatını verməsinin vacib olduğu bildirilib.