İranda qadınlar hicabı çıxardılar – “Hicaba yox!” kampaniyası – VİDEO

 

Sosial şəbəkələrdə yayılan videolara görə, ölkədə hicabla bağlı hökumətin sərt tədbirlərini artırması səbəbindən, iranlı qadınlar ölkənin müxtəlif şəhərlərində #məcburihicabayox həştəqi ilə kampaniya başladıblar.

Onlar küçələrdə hicablarını açaraq, İran hökumətinin sərt qanunlarına etirazlarını bildiriblər.

İranda məcburi hicaba qarşı çıxan fəalların öncədən çağırışına əsasən, sosial şəbəkələrdə yayılan videolar göstərir ki, hökumətin “hicab və iffət günü” adlandırdığı gün çox sayda qadın #MəcburiHicabaYox həştəqli kampaniyanı geniş şəkildə alqışlayıb və ümumi yerlərdə öz yaylıqlarını çıxarıblar.

“İran İnternational” yaydığı məlumatda isə bildirilir ki, kampaniya ölkənin müxtəlif şəhərlərində dəstəklənib. Vətəndaşlar bununla məcburi hicab geyinməyə və hakimiyyətin zorakılıqlarına etiraz etdiklərini bildiriblər.

İranın daxili işlər naziri Əhməd Vahidi məsələ ilə bağlı deyib ki, iffət və hicab kimi məsələləri danışıq və öyüd-nəsihətlə həll etmək mümkündür.

Onun sözlərinə görə, hicaba nəzarət müəssisələrindən qanun pozucuları ilə məşğul olmaq tələb edilir.

Nazir Xəzər sahillərində yerləşən Mazandaran və Gilan əyalətlərinə səfəri zamanı bildirib ki, hökumətin “Sağlam dəniz planı”na uyğun olaraq qadın çimərlikləri ayrılmalıdır.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xüsusi nümayəndəsi Məhəmməd Səidi məcburi hicaba qarşı keçirilən aksiyanı pisləyib və bunun “düşmən əməli” olduğunu vurğulayıb: “Biz aldadılmış insanlar üçün dua etməli, aldadıldıqlarını izah etməliyik. Ancaq düşmənin planına uyğun davrananların əməllərinə sərt münasibət göstərmək lazımdır”.

İran ordusunun siyasi ideoloji təşkilatının rəhbəri Abbas Məhəmməd Hüsni məcburi hicaba qarşı kampaniya haqqında deyib: “Hicab və iffət düşməninə qarşı yumşaq müharibədə ilk dayağımızı itirsək başqa qalalarımızı da itirəcəyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password