Erməni siyasətçi: “Türkiyə Ermənistanı güzəştə məcbur edir”

 

Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün sülh danışıqlarını uzadır.

Bunu erməni türkoloq Ruben Safrastyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla – Paşinyan arasındakı telefon danışığına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi Ermənistan-Azərbaycan danışıqlarında İrəvana güzəştə getmək üçün təzyiq göstərməkdir.

“Təşəbbüskarı Türkiyə olan Ermənistan-Türkiyə danışıqlar prosesinin ikinci mərhələsi başlayıb. Mən bu mərhələni kiçik addımlar mərhələsi adlandırardım. Türkiyə danışıqlar prosesində dinamikanın olduğunu göstərməlidir. Ərdoğanla Paşinyan arasında telefon danışığı ikinci mərhələnin təzahürlərindən biridir. Bəs niyə Türkiyə tərəfi mühüm addımı, yəni diplomatik münasibətlərin və sərhəd rejiminin qurulması üçün real addımlar atmır? Hesab edirəm ki, bu, məqsədyönlü şəkildə edilir. Türkiyə vaxt udmağa çalışır. Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün mümkün olan vaxtdan istifadə edəcək”.

Ekspertin fikrincə, indiki mərhələdə Paşinyan-Ərdoğan görüşü mümkün deyil. Baş verənlər Türkiyənin xeyrinədir.

“Rubinyan-Kilç görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin mümkünlüyünü istisna etmirəm, çünki onlar konkret heç nə demək deyil. Texniki cəhətdən bu, çox vaxt aparacaq. Burada Türkiyə tərəfinin istəyi də önəmlidir. Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, deyim ki, bu, əsasən Azərbaycan üçün edilir. Allah bilir, o vətəndaşlar arasında kimlər və hansı xidmət nümayəndələri olacaq”, –  bildirib. /teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password