Qarabağdakı təxribatları Moskva hazırlayır – Sensassion AÇIQLAMA
“Laçında alternativ yolun tikintisinin tamamlanması ərəfəsində ermənilərin Laçını minalamasından tutmuş, Azərbaycanın mövqelərini müntəzəm olaraq atəşə tutmasına kimi baş verən son olaylar Rusiyanın götürdüyü öhdəliyini pozmağa çalışan Ermənistanın öhdəsindən gələ bilmədiyi və mümkün olmayan daha bir böyük müharibəyə başlamaq istəməsi yox, Rusiyanın regionda münaqişə ocağı axtarmasından irəli gəlir”.
Bunu açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı siyasi şərhçi bildirib ki, Rusiya öz himayəsində olan dövlətləri öz mənafeyi üçün qurban verir:
“İkinci Qarabağ müharibəsindən bəri Rusiya Cənubi Qafqazda üstünlüyünü itirir, bu da bir tərəfdən müharibədə oynadığı roldan sonra Türkiyənin artan iqtisadi təsirinə, bir tərəfdən də Rusiyanın keçmiş sovet ölkələrinə siyasi müdaxiləsinə qarşı ümumi ehtiyatsızlığına görədir. Ukraynadakı müharibədən sonra beynəlxalq nüfuzunu itirdiyinə görə, Rusiyanın regionda təsir qalıqlarını saxlamaq üçün ən yaxşı variant, köhnə Soyuq Müharibə strategiyası olan “münaqişəli ərazi” prinsipindən istifadə etməkdir.
Bu, eynilə Sovet İttifaqının öz ərazilərində etnik və dini münaqişələri qızışdırmaq üçün istifadə etdiyi, lakin dağılandan sonra da davam etdirdiyi strategiyanın davamıdır.
Revanşizmə baxmayaraq, iqtisadi cəhətdən sabitləşmək və Avropa İttifaqından yardım almaq Ermənistanın maraqlarına uyğundur. Əgər Ermənistan işğalçı dövlət kimi görünsə, bunun baş verməsi ehtimalı azdır. İkinci Qarabağ müharibəsinin təbliğat kampaniyasının effektli olma ehtimalı indi Qərbin Azərbaycana enerji üçün ehtiyacı olduğu bir vaxtda daha da çoxdur.
Lakin Rusiya öz himayəsində olan dövlətləri öz maraqları üçün qurban verməkdən çəkinmir. Bu da bəzi cəbhələrdə ermənilərlə əməkdaşlıq edərək sülhməramlıların birgə faydasız, üçtərəfli bəyanatlara zidd hərəkətlərinə, məkrli davranışlarına şərait yaradır. Əgər Rusiyanın təşviqi olmasaydı, Ermənistan belə təxribatlara əl atmağa cürət etməzdi.
İ.Tsukerman B.Consonun istefasının belə Rusiyanı Ukraynada məğlub etmək üçün kollektiv Qərbin gördüyü işlərə mane olmayacağını da sözlərinə əlavə edib:
Boris Conson bu son münaqişədə Ukraynanın sabit dostu olub, lakin o, növbəti baş nazirin təyin edilməsi üçün son tarix olan təxminən oktyabr ayına qədər heç yerə getməyəcək. Hələlik onun istefası yalnız partiyanın liderlik roluna təsir edir, keçid prosesi gedir.
Conson, əgər onu aşağı dartan qalmaqallardan kənarda ciddi bir iz buraxmaq istəyirsə, çox güman ki, Ukraynaya indiyə qədər etdiyi yardımı ikiqat artırmalı və yardım göstərməkdə daha effektiv olmalıdır. Amma yenə də onun baş nazir kimi edə biləcəyi işlərin hədləri, sərhəddi var”./milli.az