“Qarabağda müharibə başlasa, Rusiya Ermənistana silah verəcək”
“Hərbi əməliyyatlar keçirərək Ermənistana gücümüzün yerində olduğunu göstərə bilərik”.
“44 günlük müharibədən əvvəlki dövrdə baş verən hadisələrə nəzər yetirsək indi cərəyan edən hadisələrlə eyni olduğunu – Ermənistanın münaqişənin həll olunmasında maraqlı olmadığını, sülh sazişinin imzalanmasması üçün vaxtı uzatdığını və yalnız boş bəyanatlar verdiyini müşahidə edə bilərik. Ermənistanın belə hərəkətləri müharibə ilə nəticələndi və bu nəticələr Ermənistan üçün baha başa gəldi”.
Ekspert 44 günlük müharibədə biabırçı şəkildə uduzmuş Ermənistanın yenidən müharibəyə cəhd edəcəyinə inanmadığını bildirib:
“Ermənistanın yenidən müharibə etmək resursları yoxdur, əgər müharibə olarsa belə silah-sursat baxımından Rusiya, bəyanatlar baxımından isə ABŞ dayaq ola bilər.
Ermənistanın sülh sazişini imzalamaması, delimitasiya və demarkasiya məsələlərində vaxtı uzatması, Qarabağdan hərbi qruplaşmaları çıxarmaması yalnız Azərbaycanın kiçikmiqyaslı hərbi əməliyyat keçirməsinə səbəb olar bilər. Kiçikmiqyaslı hərbi əməliyyatlara məcburetmə əməliyyatları da deyə bilərik”, – deyə Asif Nərimanlı vurğulayıb.
Onun sözlərinə görə, hazırki vəziyyəti nəzərə alaraq deyə bilərik ki, genişmiqyaslı hərbi əməliyyatlarda nə region ölkələrinin, nə də Türkiyə və Rusiyanın marağı var: “Bu əməliyyatlar sayəsində Ermənistana gücümüzün hələ də yerində olduğunu göstərərək delimitasiya və demarkasiya məsələlərinin daha qısa zamanda həll olunmasına nail ola bilərik”.