Jdanovdan şok: Lukaşenko hücum əmri gözləyir

 

Lukaşenkoya əmr verilən kimi Belarus qoşunları Rusiyanın Baş Qərargahına tabe olacaq və “İttifaq dövləti”nin silahlı qüvvələrinin tərkibində Ukraynaya hücum edəcək.

Bunu tanınmış hərbi ekspert Oleq Jdanov deyib.

“Yanvarda “Müttəfiqlərin qətiyyəti” təlimləri “Birlik dövləti”nin təhlükəsizlik qüvvələrinin birləşdirilməsi məsələsini işləyib hazırladı. Təlimin məqsədi də bu idi. Bu gün, əslində, belə bir kiçik prosedur qalıb: ordu avtomatik olaraq Rusiyanın Baş Qərargahına tabe olacaq və “Birlik dövləti”nin vahid silahlı qüvvələrinə çevriləcək”, – o bildirib.

Ekspertin fikrincə, Lukaşenko hadisələrin bu cür inkişafından hər vəchlə çəkinir, çünki onun üçün ordu indi oturduğu kreslonun hələ kəsilməmiş yeganə ayağıdır:

“Sursat, anbarda olan texnikanı təhvil verməyə razıdır, amma ordunu saxlayır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password