Azərbaycan qazını Bolqarıstana nəql edən boru kəmərinin istismarına başlanılır

 

Azərbaycan təbii qazını Bolqarıstana nəql edilməsi üçün nəzərdə tutulan və tikintisi uzun müddət ləngiyən Yunanıstan Bolqarıstan Interkonnektoru (IGB) artıq hazırdır.

Yunanıstan mərbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yunanıstanın energetika naziri Kostas Krekas bildirib.

Onun sözlərinə görə, bu ay artıq İGB kommersiya fəaliyyətinə başlaya bilər.

O qeyd edib ki, iyulun 8-də İGB-nin Komotinidə baş tutacaq açılışında Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin də iştirak edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password