Putin NATO-nu “sındıra” bilər – Litvadan şok

 

Rusiya NATO üzvü olan ölkəni hədələməklə Qərbin ona necə reaksiya verəcəyini sınaqdan keçirir.

Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

“Son bir neçə həftə ərzində bir neçə rusiyalı siyasətçi NATO üzvü olan bir ölkəni təhdid etməkdən qorxmadıqlarını açıq şəkildə bildirdilər. Bu gün bu, Litvadır. Əvvəllər Polşa Ukraynaya verdiyi dəstəyə görə təhdid edilirdi. Passiv təhdid olunan ölkələr arasında Estoniya da var. Onlar buna Qərbin necə reaksiya verə biləcəyini yoxlayırlar. Bəs o, (Putin – red.) NATO-ya qarşı müharibə apara bilərmi? Belə düşünmürəm. Putin NATO-nu sınaya bilərmi? Bəli, təbii ki, bacarar, NATO-nu sınaya bilər. Hətta mən daha da irəli gedərək deyərdim ki, o, nəinki sınaya, hətta NATO-nu “sındıra” bilər”, – nazir bildirib.

O qeyd edib ki, NATO-nun hərəkətləri aydın və sürətli olarsa, Rusiya onlara hücum etməyə cəsarət etməyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password