Mədəniyyət Nazirliyi yoxlama və xidməti araşdırmaların nəticələrini açıqlayıb

 

Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kompleks islahatlar aparılmaqdadır.

Nazirliyin verdiyi xəbərə görə, qeyd olunan islahatlar çərçivəsində mədəniyyət müəssisələrində yoxlama, monitorinq və xidməti araşdırmalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması, əmək və icra intizamının pozulması hallarına yol vermiş şəxslər barəsində müvafiq tədbirlərin görülməsi istiqamətində işlər aparılıb. Əlavə olaraq idarə və müəssisələrin vəzifəli şəxlərinin qanunsuz əməlləri ilə bağlı aşkarlanmış cinayət əlamətləri olan məlumatlar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Hazırda Nazirliyin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda baş verə biləcək pozuntu hallarının qarşısının alınması, belə hallara yol vermiş şəxslər barəsində zəruri tədbirlərin görülməsi istiqamətində yoxlama, xidməti araşdırmalar və digər tədbirlər davam etdirilir.

Son bir il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən aşağıdakı sayda tədbirlər görülub:

Hüquq mühafizə orqanlarına göndərilmiş müraciətlər – 11

Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş işçilər – 8

İşdən azad edilmiş tabe müəssisələrin işçiləri – 17

Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər – 2

“Töhmət” intizam tənbehi verilmiş işçilər – 18

“Xəbərdarlıq” elan edilmiş işçilər – 10

Fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş müəssisələr:

6 təhsil müəssisəsi

3 Regional Mədəniyyət İdarəsi

1 Mədəniyyət Mərkəzi

1 Konsert müəssisəsi

Dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilmiş Regional Mədəniyyət İdarəsi işçiləri:

2 Regional Mədəniyyət İdarəsinin rəisi

3 baş məsləhətçi

1 baş mühasib

1 məsləhətçi

1 mühasib

İşdən azad edilmiş tabe müəssisələrin işçiləri:

2 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru

2 Mədəniyyət Mərkəzinin direktoru

1 dövlət teatrının direktoru və baş rejissoru

1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri

1 Konsert müəssisəsinin baş mühasibi

1 Rəsm Qalereyasının direktor müavini

Təhsil müəssisəsinin 7 əməkdaşı

Sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilmiş işçilər:

1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna

1 dövlət teatrının baş mühasibinə

“Töhmət” intizam tənbehi verilmiş işçilər:

1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə

4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə

1 Dövlət Dram Teatrının direktoruna

4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna

1 Rəsm Qalereyasının direktoruna

1 Konsert müəssisəsinin direktoruna

1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə

2 Mədəniyyət Mərkəzinin direktoruna

Təhsil müəssisəsinin 1 əməkdaşına

“Xəbərdarlıq” elan edilmiş işçilər:

1 Regional Mədəniyyət İdarəsinin mühasibinə

1 Mədəniyyət Sarayının direktoruna

1 Heydər Əliyev Mərkəzinin bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayiətçisinə

4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna

1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna

Təhsil müəssisəsinin 1 əməkdaşına

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password