Jurnalistlər arasında şahmat turnirinin açılış mərasimi keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin açılış mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və AŞF-in I vitse-prezidenti Faiq Həsənov iştirak edib.
“Ölkəmizdə Milli Olimpiya Komitəsinin 30 illiyi də qeyd edilir. Bizim müxtəlif idman növlərində və şahmatda nailiyyətlərimiz var. Jurnalistləri qarşıdan gələn mətbuat günü münasibəti ilə təbrik edirəm. Bütün tərəfdaşlara və təşkilatçılara minnətdaram, iştirakçılara uğurlar arzulayıram”, – nazir Fərid Qayıbov çıxışında bildirib.
Faiq Həsənov də tədbir iştirakçılarını salamlayıb və jurnalistlərə uğurlar arzulayıb: “Turnirin sistemi dəyişib, indi daha maraqlı olacaq. Güclülər qalib gələcək, amma bir az çətin olacaq. Tədbirimiz ölkədə şahmata diqqətin ayrıldığını göstərir. Azərbaycan şahmat ölkəsi kimi tanınır”.