Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar
Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın ümumi ixracı 15,4 milyard dollar olub və bunun 1,2 milyard dolları qeyri-neft sektorunun payına düşüb.
Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 280,6 milyon dollar və ya 30,9% artıb.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq (123,7 milyon dollar) birinci, pomidor (91 milyon dollar) ikinci, karbamid (84,1 milyon dollar) isə üçüncü olub.
Bu ilin ilk 5 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin ilk 10-luğu aşağıdakı kimi olub.
Şirkət | Rəhbəri | İxracın miqdarı |
“MKT İstehsalat Kommersiya” MMC (VÖEN- 9900008361) |
Həsənov Rövşən | 79,6 milyon dollar |
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN- 9900047801) |
Mohammad Reza | 40,9 milyon dollar |
“P-Aqro” MMC (VÖEN-1404226851) |
Əlizadə Azər | 24,8 milyon dollar |
“STP Alüminium” MMC (VÖEN- 2906014721) |
Əliyev Fərhad | 17 milyon dollar |
“Aqrovest” MMC (VÖEN- 1403866861) |
Aslanov Maarif | 16,5 milyon dollar |
“ZR-78 Company” MMC (VÖEN-1102486011) |
Gasanov Nasıb | 15,8 milyon dollar |
“Mors Trading” MMC (VÖEN-1604639301) |
Mehmet Savaş Uzan | 14,5 milyon dollar |
“Baku Steel Company” QSC (VÖEN-1000062011) |
Zeynalov Həmid | 12,3 milyon dollar |
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd” MMC (VÖEN- 1600030111) |
Rzayev Ramiz | 10,6 milyon dollar |
“Azmet” QSC (VÖEN – 6402897671) |
İbrahimov Murad | 10,6 milyon dollar |