Ya Rusiya bu əraziləri ələ keçirir, ya da… – Kissincer

 

Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibəyə son qoymaq üçün üç variant var.

Bunu ABŞ-ın sabiq dövlət katibi, məşhur strateq Henri Kissincer deyib.

“Birinci variant: Rusiya Ukrayna ərazisinin 20%-ni, o cümlədən Donbasın böyük hissəsini, eləcə də Qara dəniz boyu bir zolağı işğal edəcək. Belə variant Rusiyanın qələbəsi olardı. Bu variantda NATO-nun rolu artıq o qədər də əhəmiyyətli olmayacaq.

İkinci variant: Rusiyanı 2022-ci il fevralın 24-nə qədər ələ keçirdiyi ərazilərdən, o cümlədən Krımdan sıxışdırılmağa cəhd ediləcək. Belə olan halda Qərb Rusiya ilə açıq müharibə ilə üzləşəcək.

Üçüncü variant: Rusiyanın 24 fevral 2022-ci ildəki cəbhə xəttinə qaytarılması. Belə olan halda Ukrayna yenidən silahlanacaq və NATO-nun tərkibinə daxil olmasa da, onunla sıx bağlı olacaq.

Bu halda NATO Finlandiya və İsveçin də üzv olması ilə güclənəcək, bu da Baltikyanı ölkələrin müdafiəsi üçün imkan yaradacaq. Ukrayna NATO ilə əlaqəli Avropada ən böyük quru qoşunlarına sahib olacaq”, – Kissincer bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password