“Rusiyaya Zəngəzur dəhlizinin açılması faydalıdır” – Sergey Markov

 

“Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq. Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan – Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaqlar”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb:

“Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”.

O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider olan ölkə kimi statusunu yüksəldəcək.

Politoloqun sözlərinə görə, Xəzər regionunda əməkdaşlıq digər dövlətlər üçün nümunədir: “Bütün bu ölkələr bir-birinin milli suverenliyinə hörmət etdiklərini göstərirlər. Üstəlik, onlar bir-biri ilə sıx əməkdaşlığın tərəfdarıdırlar”.

S.Markov Azərbaycanın Xəzər regionundakı bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password