Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalı artıb
Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının idxalı artıb.
Bu barədə Rusiya mətbuatı xəbər verib.
“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan – təxminən üç dəfə, Türkmənistan – təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız idxalı 10 dəfə artıb”, – Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) region üzrə rəis müavini Svetlana Terexova bildirib.
Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz idxal edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.
Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya idxalında payı 40 %-dən 80 %-ə yüksəlib.
Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.