Ərdoğan gərginliyə son qoydu və istədiyini aldı – Tarixi anlaşma

 

NATO-nun İspaniyanın paytaxtı Madriddə keçirilən tarixi sammitində baş verənlər dünyada əks-səda doğurub.

Türkiyə sammitdə Finlandiya və İsveçə qarşı veto kartını geri götürdükdən sonra Ağ Ev F-16-ların Ankaraya satışını dəstəklədiyini açıqlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında keçirilən görüşdə liderlər bir-birinə təşəkkür ediblər.

İngiltərənin “Financial Times” qəzeti isə ABŞ-ın yeni strategiyasından yazıb. Məqalədə Türkiyə ilə bağlı diqqəti çəkən mühüm detallar var.

Nəşrə danışan ekspertlər və diplomatlar Ukrayna müharibəsinin Qərb ölkələrinin Türkiyə ilə problemli münasibətlərini yaxşılaşdırmaq üçün fürsət yaratdığını deyiblər.

ABŞ-ın Avropadakı quru qüvvələrinin keçmiş komandanı general Ben Hodces nəşrə bunu deyib:

“Təkcə bu sammitin deyil, bütün bu böhranın nəticələrindən biri də ABŞ-ın Qara dənizə strateji gözlə baxmaq məcburiyyətində qalması oldu. Bura Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması da daxildir”.

Respublikaçı senator Lindi Qrahamdan da Türkiyəni dəstəkləyən mesaj gəlib: “Bayden administrasiyasının mühüm NATO müttəfiqimiz olan Türkiyəyə F-16 satışını dəstəkləmək qərarını alqışlayıram”.

Qraham fikir ayrılıqlarına baxmayaraq Türkiyənin mühüm NATO müttəfiqi olduğuna diqqət çəkib: “Bu durum Türkiyənin milli təhlükəsizlik maraqlarına xidmət edir”.

 

“Wall Street Journal” da Ankaranın mövqeyini və bundan sonra baş verəcəkləri diqqət mərkəzində saxlayıb.

“Razılaşma Ərdoğana qələbə qazandırdı. Türkiyə istədiyini aldı”, – nəşr yazıb.

Məqalədə İsveç və Finlandiyanın terror təşkilatlarına dəstəyi dayandırmaq və Türkiyəyə silah satışına qoyulan sanksiyaları dayandırmaq barədə razılığa gəldiyi vurğulanıb.

Nəşr qeyd edib ki, bu razılaşma Ərdoğan üçün ölkə daxilindəki siyasi maraqları baxımından da qələbədir.

“Ərdoğanın bütün tələbləri yerinə yetirildi, o, aylarla davam edə biləcək gərgin müzakirələrə son qoydu”, – məqalədə vurğulanıb.

Qeyd olunub ki, Helsinki və Stokholm PKK və ona bağlı təşkilatlara dəstəyi dayandırmaq və Ankaraya silah ixracına qoyulan embarqonu ləğv etməklə yanaşı, Türkiyə hökumətinin qarşıya qoyduğu bütün tələbləri yerinə yetirib.

“Görüş başlayanda gözləntilər aşağı idi. Razılaşmanın əldə edilib-edilməyəcəyi dəqiq deyildi. Amma sonda Türkiyə istədiyini aldı”, – nəşr bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password