Yüksək bal toplayan şagird imkansızlıqdan təhsil ala bilmir
2021-ci ilin may ayında SAT proqramı üzrə imtahan verərək, Türkiyənin Qazi Universitetinin Tibb fakültəsinə qəbul olunan azərbaycanlı tələbə Ranal Qurbanov maddi imkansızlıq səbəbindən təhsil ala bilmir.
Bu barədə Ranal Qurbanov danışıb.
O, 2004-cü ildə Lənkəranda anadan olub:
“Mən 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə getmişəm. Rayonda rus dilində orta təhsil almışam. Daha sonra təhsilimi Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə davam etdirmişəm.
V-VI siniflərdə təbiət elmlərinə olan marağıma görə, müəllimlər məni elm olimpiadalarına yönəldiblər. İlk dəfə olaraq, 2019-cı ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə 3-cü yerə layiq görülmüşəm. 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş, 2021-ci ildə isə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında qızıl medallara sahib oldum”.
Həmsöhbətim deyir ki, 2021-ci ildə Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülüb:
“Əlavə olaraq qızıl medalçılar arasında ən yüksək nəticə göstərdiyim üçün “Birincilərin birincisi” mükafatını qazandım və ölkə birincisi oldum.
Eyni zamanda, 2021-ci ildə ABŞ səfirliyinin maliyyələşdirdiyi FLEX proqramını da qazanaraq bir il ABŞ-da təhsil almaq imkanı əldə etmişdim. Ötən il SAT proqramı üzrə imtahan verərək 1600-dən 1530 bal topladım. Türkiyənin bir neçə nüfuzlu universitetinin tibb fakültələrinə qəbul aldım. Bunların arasında Qazi Universitetinin Tibb fakültəsini seçdim.
Hazırda mən ABŞ-dan qayıtmışam və qəbul olduğum universitetdə təhsil almaq istəyirəm. Amma ailəmin maddi imkanı olmadığına görə təhsil ala bilmirəm. Ümid edirəm ki, Azərbaycan adına olan nailiyyətlərimi nəzərə alıb mənə yardım edən olar. Hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, R.Qurbanovun qəbul olduğu ixtisasın illik təhsil haqqı 6 000 manatdır.
O, dövlət hesabına xaricdə təhsil proqramına müraciət etsə də, tibb fakültəsinə təqaüd verilmədiyi qeyd edilib.
Əlaqə nömrəsi: 050 461 66 70
Kart hesabı: