Paşinyan yenə Bakını şərlədi və rusları ifşa etdi

 

 Azərbaycan sülhməramlıların nüfuzunu aşağı salmaq istəyir, buna görə də erməni əsirləri geri qaytarmır.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında deyib.

Paşinyan etiraf edib ki, əsir götürülməsi təsdiqlənən şəxslərin 90%-i rus sülhməramlılarının Qarabağa yerləşdirilməsindən sonra və onların məsuliyyət zonasında əsir düşüb.

O, bu məsələni Rusiya tərəfi qarşısında bir neçə dəfə qaldırdıqlarını bildirib:

“Mən şəxsən bunu Rusiya dövlət başçısı Vladimir Putin və rus sülhməramlı kontingentinin komandanlığı ilə müzakirə etmişəm”.

Paşinyan həmçinin 10 noyabr kapitulyasiyasını imzaladıqdan bir ay sonra Çaylaqqalada əsir düşən ermənilər haqda da danışıb:

“Çaylaqqala ərazisi de-yure rus sülhməramlılarının nəzarəti altında olmalı idi. Ancaq dəyişiklik baş verdi. Yerləşdirmə mövqeləri xəritələr əsasında bir neçə dəfə yenidən işlənib”.

Paşinyan Rusiya və beynəlxalq ictimaiyyətin erməni əsirlərin qayıtması üçün tədbirlər görəcəyinə əminliyini də qeyd edib:

“Azərbaycandakı əsirlər iki qrupa bölünür: Bakının təsdiqlədiyi əsirlər 38-dir. Ancaq əsir düşdüyü ehtimal edilən, Bakının təsdiqləmədiyi şəxslər də var. Erməni tərəfi onları “məcburi yoxa çıxan” hesab edir”.

Qeyd edək ki, Ermənistan Baş naziri özü də əsir düşənlərin 90%-nin 10 noyabr bəyanatından sonra əsir götürüldüyünü təsdiqləyir. Bu isə o deməkdir ki, Bakıda mühakimə edilənlər hərbi əsirlər deyil, onlar atəşkəs imzalandıqdan sonra qanunsuz yollarla Azərbaycan ərazisinə keçənlər və qətliamlar, təxribatlar törədənlərdir.

Çaylaqqala və Köhnə Tağlarda DTX-nın əməliyyatı nəticəsində əsir götürülənlər isə 10 noyabr bəyanatından 16 gün sonra, 26 noyabrda Azərbaycan ərazisinə keçmiş və 4 nəfəri, o cümlədən bir mülki şəxsi (“Azərcell” əməkdaşını) qətlə yetirmişdilər. Azərbaycan ərazisində terrorla məşğul olan bu silahlı ermənilər 11 dekabrda DTX-nin əməliyyatı ilə əsir götürülmüşdülər.

Paşinyan həmçinin Çaylaqqala barədə danışarkən də ciddi etiraflar edir. O bildirir ki, bu ərazi rus sülhməramlılarının məsuliyyət zonasına düşməli idi. Dolayısı ilə etiraf edir ki, 10 noyabr bəyanatından sonra qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisinə keçib və onlar rusların himayəsi altında fəaliyyət göstəriblər. Ancaq Çaylaqqalanın Azərbaycanın nəzarətinə keçməsi nəticəsində qanunsuz silahlılar səir götürülüblər.

Bu, Paşinyanın rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində 10 noyabr bəyanatının maddələrinə zidd olaraq qanunsuz erməni silahlılarının fəaliyyət göstərdiyinin etirafıdır. /axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password