Prezidentin general rütbəsi verdiyi polkovniklər – Siyahı

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla 6 polkovnikə general-mayor rütbəsi verilib. Onlardan biri tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevdir.

Digərləri isə polkovnik Nicat Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalovdur.

“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.

Genera-mayor rütbəsi alan Eldəniz Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.

Generar-mayor rütbəsinə yüksələn 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Z.Zeynalov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.

Generar-mayor rütbəsi ilə təltif edilən 47 yaşlı Zaur Rüstəmov İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

O Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password