Şolzun Kiyev səfəri yenidən gündəmdə: 50 illik köhnə çantada nələr var idi?

 

Almaniya kansleri Olaf Şolz Ukraynaya Avropa İttifaqına namizədliklə bağlı vəd verib.

Ukrayna mediasının yaydığı xəbərə görə, iyunun 16-da alman kansler Ukrayna Prezidenti Zelenski ilə görüşə köhnəlmiş dəri portfeli ilə gəlmişdi.

Kiyevə səfər Şolzun ​​Putinlə danışıqları fonunda baş tutub.

Şolz Kiyevə köhnəlmiş və səliqəsiz, 50 yaşı olan gülməli portfellə gedib. Almaniyada bu portfel yaxşı tanınır. Portfeldə hətta nahar fasiləsində qəlyanaltı yemək üçün qabların da olduğu deyilir. Kanslerə portfel daşımaq ümumiyyətlə lazım deyil, çünki onun köməkçiləri çoxdur. Üstəlik, portfelin Kiyevə gətirilməsi tamamilə artıq addım təsiri bağışlayır. Amma bu, kanslerin piarının yalnız bir hissəsidir.

Köhnə portfeli ilə Şolz Kiyevdə gülünc görünürdü, lakin aksesuarın gizli mənası var. Almaniyada deyirlər ki, Şolzun özü də portfelinə bənzəyir. Quru və emosional, sözdə son dərəcə diqqətli, heç nə vəd etmir və heç vaxt fikirlərini dəyişmir. Sadəcə öz işini görür. Məhz bu görüntü Şolza seçkidə qalib gəlməyə kömək edib.

Amma Kiyevdə Zelenski ilə səmimi və emosional əl sıxışması üçün Şolz portfelini birbaşa yerə atıb. Fəxri qarovuldakı əsgər daha sonra portfelini götürüb aparıb.

Heç nə vəd etməyən Şolz birdən-birə Ukraynaya Aİ-yə üzvlük vəd etməyə başlayıb və dərhal namizəd statusunun veriləcəyini bildirib. O, hətta nitqində ağlasığmaz emosiyalarla “Ukraynaya qələbə” ifadəsini işlədib.

“Die Welt” yazır ki, Şolzun, ​​Almaniyada Sosial Demokrat Partiyasının reytinqi diqqətlə analiz edilib . Yazda tarixi minimuma enən reytinq birdən-birə yüksəlməyə başlayıb. Seçici Kiyevdə Şolzun başına gələn gözlənilməz dəyişiklikləri bəyənir. Nəticədə Şolzun ​​Ukrayna üçün yaxşı tərəfdaş olacağı ehtimalı artıb. Bu, Dmitri Medvedyevin Almaniya, İtaliya və Fransa liderləri və onların Kiyevə səfəri haqqında aşağılayıcı mahiyyət daşıyan “tvitindən” sonra daha da artıb./gteleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password