Çətin dövrlərdən çıxmış “Azərpoçt” MMC – nin müasir rabitə sistemində oynadığı rol – Baş mütəxəssisin gözü ilə

 

Sakit Cəfərov 1962-ci ildə ziyalı ailəsində anadan olub. Yaradıcılığa gənc yaşlarından həvəs göstərib.  “Ana həsrəti”, “Şəhidlər ölmür”,  “Ceyranbatan meşəsinin-golünün fəryadına dözmək olmur”, “Əbədi yaddaşlarda”, “Dahi azəbaycanlıya Böyuk azərbaycan məhəbbətilə”, “Brest qalası” və sair tənqidi, publisist yazıları ilə də urəklərə yol tapmışdır. Onlarla mətbuat orqanında bədii və tənqidi yazıları ilə çıxış etmişdir. Onun ən böyük uğurlarından biri də 1982-ci ildə hərbi xidmətdə olarkən SSRİ-nin 60 illiyinə həsr edilmiş “Sarsılmazdır birliyimiz” Ümumittifaq yaradıcılıq müsabiqəsinin qalibi seçilməsidir. Ailəlidir, iki ovladı, üç nəvəsi var.

Sakit Cəfərov Ali təhsillldir. Əmək fəaliyyətinə 1982-ci ildə başlamışdır. 1990-cı ildən rabitə sahəsində işləyır. Burada gostərdiyi ximətə gorə ”Rabitə ustası” adına layiq görülüb. 2000-ci ildə istehsalatdan ayrilmaqla Ədliyyə Nazirliyində “Əmək Qanunvericiliyinin Əsasları” üzrə öz ixtisasını artirmışdır. Poçt rabitəsı sahəsində məsul vəzifələrdə çalışan Sakit Cəfərov elə ilk gundən öz fəallığı, işguzarlığı, təşkilatçılığı, dərin bilik və bacarığı, insanpərvərliyi ilə seçilərək rabitəçilərin hörmətini qazanmışdır.

Məlum oldiğu kimi sovetlər ittifaqının dağılması ilə əlaqədar yeni yaranmış bütün müstəqil dövlətlərdə olduğu kimi Azərbaycanda da poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başladı. Buna baxmayaraq ölkəmizdə poçt rabitəsinin işçiləri bütün çətinlikləri aradan qaldırmağı bacardı və 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olundu, dekabr ayında isə “1998–2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edildi.

Aktualinfo.org-un əməkdaşı bir peşəkar rabitə işçisi kimi Sakit Cəfərovla görüşərək Azərbaycanın poçt sahəsinin keçmişini, hazırki vəziyyətini müzakirə edib.

-Sakit müəllim, Sizinlə 60 illik yubileyiniz ərəfəsində gorüşürük. Ömrünüzün yarıdan çox hissəsini Azərbaycanın poçt rabitəsində xidmət göstərmisiniz. Ölkəmizin poçt sistemini demək olar ki, ayağa qaldıranlarla bir yerdə olmusunuz. Sizə can sağlığı arzulayırıq. Necəsiz?

-Çox sağ olun. Şükürlər olsun ki, poçt rabitəsinin çətin günləri arxada qaldı. Nəhayət ki, Azərbaycan xalqı ayağa qalxaraq 30 illik həsrətə 44 gun ərzində son qoydu, torpaqlarımızın bütövlüyünü təmin etdi. Ata-babalarımızın arzuları da çin oldu. Bütün bunlara görə şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə allahdan şəfa diləyir, möhtərəm Prezidentimiz İlham Əliyevə, o çətin anlarda həm bir Ali Baş Komandan kimi ordumuza rəhbərlik edərək zəfərdən-zəfərə apardığına görə, həm də bir siyasətçi kimi dünyanın ən aparıcı televiziya kanallarına əsl həqiqətləri çatdırdığına, xalqın arxasında duraraq göstərdiyi əsl rəhbər və insani keyfiiyətlərinə görə təşəkkürümü bildirirəm.

-Bir rabitə ustası kimi bu sahədə xatirələriniz hardan başlayır?

-Əgər söhbət xatirələrdən düşdüsə, bu sahədə fəaliyətim 1990-cı illərdən “Rayon Rabitəsi İstehsalat  Birliyi” adlanan, 1997-ci ildə aparılan struktur islahatları nəticəsində yeni yaradılan “Azərpoçt”, “Aztelkom” Dovlət Müəssələrindən  başlayır və bu gun də, bu sahədə davam edir. Həmin dövrləri hamımız yaxşı  xatırlayırıq, Azərbaycanımızın ərazisində döyüşlər gedirdi, ayrı-ayrı vaxtlarda rayonlarımız işğal  olunduqca, əksər rabitəçilərimiz Bakıya, “Rayon rabitəs İB”-nə gəlirdilər, çünki, rayon qovşaqlarının nə vaxt fəaliyyətlərini bərpa etmələri məlum deyildir.

Odur ki, rəhbərlik hər bir rabitəçi ilə gorüşərək onların ailələrinin  müvəqqəti yerləşdirilməsi üçün bir sıra rabitə obyektlərini onlara təqdim etmişdi, rabitəçilərimiz öz mənzilini, bağını onlara təklif edirdi. Bütün bunları yada salmaq çox ağrılı və çətindir, həm də bu fonda baş verən hadisələrin sözlə ifadə edilməsi mümkün deyildir.

Allaha şükürlər olsun ki, indi Kəlbəcərdə, Qubadlı, Zəngilan, Lagın, Ağdam, Cəbrail, Şuşada və digər yaşayış məntəqələrində rabitə qovşaqlarımız öz fəaliyyətlərini bərpa edib. Əfsuslar olsun ki, bir çox rabitəçilərimiz bu gunləri gorə bilmədilər, şəhidıərimiz oldu, allah onlara rəhmet eləsin. İstərdim ki, onların şərəfinə uca bir xatirə abidəsi ucaldılsın. Onları biz heç vat unutmamalıyıq. Hal-hazırda, o çətin günləri xatırladan ssenari üzərində işləyirəm və istəyirəm ki, canlı əfsanələrin iştirakı ilə sanballı sənədli film hazırlansın. Bununla bağlı yaxın vaxtlarda fikirlərimi daha ətraflı çatdırmaq məqsədi ilə nörmətli nazirimiz Rəşad Nəbiyevə müraciət edəcəyəm.

-Sakit muəllim, tanıyanlar deyirlər ki, fenomenal yaddaşa və ensklopedik biliyə malik bir mütəxəssis və olduqca intizamlı insansınız, bunu necə bacarırsınız? 

-O barədə təvazökarlıqdan uzaq mən bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, insan daim öz üzərində işləməli, özünə qarşı tələbkar olmalı, öyrənməli və öyrəndiklərini də başqalarına oyrətməlidir. Bunu hamı dərk etsə, bax onda nə ikiüzlülük, nə vicdansızlıq, nə rüşvətxorlluq, nə də yaltaqlıq və vəzifə naminə fərqli-fərqli donlara girmək olmaz. İnsan həmişə ona göstərilən etimad və etibarı doğrutmalıdır və ədalət naminə öz sözünü deməyi də bacarmalıdır.

-Sakit müəllim, hal-hazırda işlədiyiniz Poçt rabitəsi sahəsində vəziyyət necədir? Muasir gənclərə bu sahədə nə deyərdiz?

-Xatırlatmaq istərdim ki, Ulu öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikamızda 300-dən çox poçt şöbəsi binası tikilib.  SSRİ-nin dağılması və respublikamızın ikinci dəfə müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb. Doğrusu “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi”nin yuksək texnologiyalar sahəsində son zamanlar inkişaf naminə apardığı işlər göz qabağındadır. Lakin, əfsuslar olsun ki, bunu “Azərpoçt” MMC  haqqında demək olmur. Bu da son 5 ildə 4 dəfə rəhbərliyin dəyişməsi və onların da qeyri peşəkarlığı ilə bərabər bu sahənin mütəxəssisi olmaması və kənardan gətirilməsi, həmçinin, bu sahədə ənənəvi poçt anlayışı belə olmayan kadrlara ustunluk verilməsidir. Amma bu sahədə güclü potensialı olan gənc kadrlar və peşəkar mutəxəssislərə daha çox üstünlük verilməsi məqsədəmüvafiq olardı.

2001-ci ildən gəlirlə işləyən, Ümumdünya poçt sahəsində dəfələrlə uğurlar qazanan “Azərpoçt” MMC bir neçə ildir özünün tənəzzul dövrünü yaşayır. Bu sahə çox spesifik olduğu üçün butün islahatlar da ənənəvi poçtun inkişafına uyğunlaşdırılmalı idi və poçtla bağlı yaşanmış tarix gerçəklər və əfsanələr də qorunub saxlanılmalı idi. Bir sözlə gənclərimiz robotlaşmamalı, yüksək texnologiyaların yeniliklərini mənimsəməklə, milli dəyərlərimizə də sahib çıxmalıdı. Gənclərimizə şərait yaradılmalıdır ki, ayrı-ayrı məqsədlər üçün deyil, dovlətçiliyimizin inkişafı naminə əmək sərf etsinlər. (Bu ağrılı, acılı mövzunu yaxından təhlil edirəm və inşəallah tezliklə daha ətraflı bu mövzunun ictimai müzakirəsinin təşkili məsələlərinə də qayıdacağıq.)

-Sonda rabitəçillərə sözünüz?

-Burdan butun rabitəçilərimizi ürəkdən salamlayıram. Mustəqil Azərbaycan rabitəsinin bu gunkü inkişafa çatmasıda  xüsusi zəhmətləri olmuş fədakar rabitəçilərimizə, Sirus Abasbəyliyə, Məsumə İbrahimovaya, Mustafa Qərənzadəyə, Radik İsmayılova, Rafiq Əliyev, Tərlan Mehdiyevə, Əflatun Məmmədova, İltimas Məmmədova, Nazim Cəfərova, Vidadi Məhərrəmova, Qənbər Bəybalayevə, Fərman Soltanova, Səməd Qurbanova, Akif Nəcəfova,  Tahir Bayramova, Yusif Quliyevə, Elburus Huseynova, Zakir Məmmədova, Arif Kərimova, Ceyhun Məmmədova, Tehran Yusifova, Nazim Bəylərova, Mürvət Rüstəmova, Bahəddin Əmirəliyevə, Arif Əliyevə, Rauf Məmmədova və adları sadalamaqla bitmıyən digər rabitəçi döstlara öz dərin təşəkkürümü bildirir, onlara həyatda mohkəm can sağlığı arzulayıram. Yeri gəkmişkən dünyasını dəyişmiş rabitəçilərimizə də Allahdan rəhmət diləyirəm.

Qeyd edim ki, “Azərpoçt” MMC ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik poçt operatorudur. Hazırda “Azərpoçt”un tərkibi 70 filialda və onların tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə poçt və digər xidmətlər göstərirlər. Yuxarıda qeyd etdiyim kimi, poçt rabitəsi işçiləri çox çətinliklərdən keçiblər. Amma buna baxmayaraq rabitəçilərimiz ölkəmizin gələcəyi naminə əllərindən gələni əsirgəməyiblər. Gənc rabitəçilərə də sözüm odur ki, ölkəmizin rabitə sistemini inkişaf etdirmək yolunda qoyulan ənənəni  pozmasınlar.

-Sakit müəllim Sizi bir daha təbrik edir, işlərinizdə yeni uğurlar arzulayırıq

-Yada saldığınıza görə Siz də sağ olun. Müstəqill Azərbaycan xalqımızın səadəti, xoşbəxtliyi və gələcəyidir. Sevinirəm  ki, bu səadət payından mənə də düşmüşdür.

  

Aktualinfo.org

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password