Bakıda əməliyyat keçirildi, vəzifəli şəxslər saxlanıldı – YENİLƏNİB + FOTOLAR

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.

Əldə etdiyimiz məlumata görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.

Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib. Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

“AzPolitika.info”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.

Bu gün DTX-nin keçirdiyi əməliyyat zamanı həbs edilən gömrük generallarının İqbal Alıcan oğlu Babayev olduğu bildirilir.

Yenipress.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb. O bildirib ki, 7 avqust 1964, Yardımlı rayonunda anadan olan gömrük xidməti general-mayoru Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinidir.

 DTX-nin həbs etdiyi general-mayor kimdir?

Texnika elmləri doktoru, professor olan İqbal Babayev Kiyev Milli İnşaat və Memarlıq Universitetini bitirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password