“Kiyevin məğlubiyyəti Aİ və NATO-nun tam iflası demək olacaq” – Moravetski qəzəblənib
Ukraynanın məğlubiyyəti Avropa İttifaqının və Şimali Atlantika Alyansının tam iflası demək olacaq.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.
«Biz, təsəvvür edə bilərikmi ki, Ukrayna uduzur və biz «adi olduğu kimi biznesə» qayıdırıq? Mən, ümid edirəm ki, yox. Bu ssenari Aİ üçün tam iflas və fəlakət, bizim dəyərlərimizin, NATO-nun iflası demək olacaq» – o, NATO ölkələri hökumət başçılarının görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib (Haaqa).
Moravetski Avropa ittifaqı ölkələrini və NATO-nu təcili olaraq, Kiyevə çoxlu letal silahlar verməyə çağırıb.
«Biz, kifayət qədər etmişik və edirik ki, Ukraynanı müdafiə edək, Ukrayna xalqını suverenliyini və azadlığını müdafiə etməkdə dəstəkləyək. Ona görə də mən, sizi çağırıram ki, Ukraynaya daha çox silah, artilleriya verək. Onların buna ehtiyacı var ki, öz ölkələrini, ərazi bütövlüklərini müdafiə etsinlər» – Polşa hökumətinin başçısı deyib./azpolitika.info