Ukraynaya kritik səfər – Makron, Şolz və Draqi Kiyevdə
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfər edib.
Ötən gecə siyasətçilər Polşanın Rzeşov şəhərində görüşüb, daha sonra Kiyevə yola düşüblər.
Şolz, Draqi və Makronun birgə səfəri siyasətçilərin Kiyevə səfərindən xeyli əvvəl dünya mətbuatının diqqətini çəkib. 2022-ci ilin fevralında Rusiya Ukrayna ilə genişmiqyaslı müharibəyə başladıqdan sonra onların heç biri Ukrayna paytaxtında olmayıb.
Eyni zamanda, üç ölkə liderinin hər biri daha əvvəl öz bəyanatları və ya Ukraynanın beynəlxalq dəstəyi çərçivəsində hərəkətləri ilə bağlı müzakirələrə səbəb olub.
Almaniya kansleri Olaf Şolz Ukraynaya ağır silahların tədarükü ilə bağlı söz və vədlərini bu cür tədarükün real sürətindən və həcmindən ayırdığına görə tənqid edilib.
Fransa prezidenti Emmanuel Makron Rusiyanı “alçaltmamaq” mövzusunda mübahisəli çağırışda israr edir və müntəzəm olaraq xatırladır ki, Ukrayna hakimiyyəti Rusiya ilə danışıqlar aparmalı olacaq.
May ayında İtaliyanın Baş naziri Mario Draqi və hökuməti Ukraynada müharibəyə son qoymaq üçün öz planlarını təklif etmişdi. Amma bu çıxış həm Kiyevdə, həm də Moskvada tənqid edilmişdi./teleqraf.com