Ağstafada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə məlumatlandırma sessiyaları keçirilmişdir

 

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 13 may 2022-ci ildə Ağstafa  Heydər Əliyev Mərkəzində ““Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin  təşviqi.”  layihisəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilmişdir. 

Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi  istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimayyət nümayəndələrini də ictimai nəzarət istiqamətində aktivliyini artırmaqdır.

Müşahidələr zamanı onu da müəyyən edirik  ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələrin həyata keçirilməsini zəruri hesab edirələr. .

Layihə çərçivəsində regionda açıq hökumətin və ictimai nəzarətin  fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Azərbaycanın qərb regionunda  vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar.

Ölkəmiz Açıq Hökumət Təşəbbüsünə qoşulub. Bu da vətəndaş iştirakçılığının genişləndirilməsi üçün  vacib şərtlərdən  biridir.  Azərbaycan Prezidenti əksər çıxışlarında ictimai iştirakçılığın vacib olduğunu  qeyd edir, vətəndaş cəmiyyətinin gücləndirilməsini bütün dövlət orqanlarının qarşısında bir vəzifə olaraq qoyur.

Regionda ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsinə QHT olaraq  dəstək ola  bilsək qərb regionunda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər. Bu gün ölkədə aparılan siyasətin əsas priortetlərindən biri də budur. Ölkədə devalivasiyanın olduğu bir zamanda ictimai maarifləndirmə, ictimai nəzarətin  təkmilləşdirilməsini vacib amillərdən biri kimi hesab edirik.

Məlumatlandırma sessiyaları zamanı iştirakçılara İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələr verildi. .

Sessiyalarda qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında layihə rəhbəri və ekspert geniş məlumatlar verdilər. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönümündə səylər göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.

Təlimdə onu da müəyyən etdik ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.

Məlumatlandırma sessiyasında  Ağstafa Rayon İcra Hakimiyyətinın məsul şəxsi  Elgün İsmayılov iştirak edirdi.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password