Ağstafada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə məlumatlandırma sessiyaları keçirilmişdir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 13 may 2022-ci ildə Ağstafa Heydər Əliyev Mərkəzində ““Qərb bölgəsində açıq hökumət təşəbbüsləri və ictimai nəzarət fəaliyyətlərinin təşviqi.” layihisəsi çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilmişdir.
Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi istiqamətində maarifləndirmələr həyata keçirdi. Məlumatlandırma sessiyasının əsas hədəflərindən biri vətəndaş cəmiyyəti ilə bərabər ictimayyət nümayəndələrini də ictimai nəzarət istiqamətində aktivliyini artırmaqdır.
Müşahidələr zamanı onu da müəyyən edirik ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələrin həyata keçirilməsini zəruri hesab edirələr. .
Layihə çərçivəsində regionda açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, Azərbaycanın qərb regionunda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yaradar.
Ölkəmiz Açıq Hökumət Təşəbbüsünə qoşulub. Bu da vətəndaş iştirakçılığının genişləndirilməsi üçün vacib şərtlərdən biridir. Azərbaycan Prezidenti əksər çıxışlarında ictimai iştirakçılığın vacib olduğunu qeyd edir, vətəndaş cəmiyyətinin gücləndirilməsini bütün dövlət orqanlarının qarşısında bir vəzifə olaraq qoyur.
Regionda ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsinə QHT olaraq dəstək ola bilsək qərb regionunda ictimai nəzarətin daha da gücləndirilməsinə, şəffaflıq və hesabatlılığın bir qədər də artırılmasına gətirib çıxara bilər. Bu gün ölkədə aparılan siyasətin əsas priortetlərindən biri də budur. Ölkədə devalivasiyanın olduğu bir zamanda ictimai maarifləndirmə, ictimai nəzarətin təkmilləşdirilməsini vacib amillərdən biri kimi hesab edirik.
Məlumatlandırma sessiyaları zamanı iştirakçılara İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələr verildi. .
Sessiyalarda qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması haqqında layihə rəhbəri və ekspert geniş məlumatlar verdilər. Rayon sakinlərinin hüquqlarının müdafiəsi yönümündə səylər göstərilməsini, beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarət sahəsində vətəndaş olaraq müəyyən işlər görmələri istiqamətində fikir mübadilələri aparıldı.
Təlimdə onu da müəyyən etdik ki, ictimai Şurarda üzvlərinin fəaliyyətinin gücləndirilməsi üçün ardıcıl təkmilləşdirmələr də həyata keçirilməlidir.
Məlumatlandırma sessiyasında Ağstafa Rayon İcra Hakimiyyətinın məsul şəxsi Elgün İsmayılov iştirak edirdi.
Aktualinfo.org