Çimərliklərə gedən marşrutların siyahısı açıqlandı

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında müvafiq sərəncamı nəzərə alınaraq 2022-ci il yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə sabahdan bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemlərində dəyişikliklər ediləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

– 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək təşkil ediləcək;

– 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək təşkil ediləcək;

– 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək təşkil ediləcək;

– 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək təşkil ediləcək;

– 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Bilgəh” bağlarınadək təşkil ediləcək;

– 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək təşkil ediləcək;

– 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək təşkil ediləcək;

– 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək təşkil ediləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password