Lavrovun gəlişindən öncə Treysinin gizli görüşü

 

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi XİN rəhbərləri Ararat Mirzoyanla Sergey Lavrovun görüşündən öncə şəxsi təşəbbüsü ilə Ermənistan Xarici İşlər Nazirliyinə gedib.

Bu barədə erməni politoloq Qriqor Balasanyan məlumat yayıb.

O qeyd edib ki, amerikalı səfir erməni tərəfinin nümayəndələrinə “son mesajları” verməyə çalışıb:

“Ola bilsin ki, bunu Vaşinqton diktə edib və buna görə də Mirzoyan-Lavrov görüşündən əvvəl amerikalı diplomat müəyyən korrektələr etməyə və erməni tərəfinin nümayəndələrinə “son sözləri” deməyə çalışıb.

Lavrovun mətbuat konfransındakı bəyanatlarına əsaslanaraq Balasanyan bu təşəbbüsün uğurlu olmadığını etiraf edir:

“Lavrov və Mirzoyanın birgə mətbuat konfransına əsasən, ABŞ-ı narahat edən məsələlər var ki, çox güman ki, Amerika tərəfi bundan son anda xəbərdar olub. Məhz buna görə də ABŞ-ın Ermənistandakı səfiri tələsik Xarici İşlər Nazirliyinə gedib, anlamadığı suallara yerindəcə cavab almağa çalışıb”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password