Samir Şərifov büdcəni istədiyi kimi talayır – Hesablama Palatası nazirin qanunsuzluğunu ifşa edib

 

“Büdcənin icrası üzərində icra hakimiyyətinin, xüsusən də Maliyyə Nazirliyinin inhisarçı mövqeyi ildən ilə daha da güclənir. Bu Nazirlik büdcəni istədiyi kimi idarə edir, birdəfəlik təyinatlı (parlamentin bölüşdürlmədiyi) xərcləri artırır, onların üzərində dominantlıq əsasında sərəcam verir, büdcəni aylar və rüblər üzrə qeyri-proporsional xərcləyir, heç bir əsaslandırma olmadan istədikləri dövlət təşkilatlarına subsudiya və ssudalar verir. Bir sözlə, Maliyyə Nazirliyi Azərbaycanda büdcə intizamını kobud şəkildə pozur, vəsaitləri qanunlardakı normaları gözləmədən xərcləyir, xərclərin maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandığı hallar üzrə izahat vermir”.

Bu sözləri London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə büdcə ssudalarının verilməsi ilə bağlı şərtlərin müəyyən edilməməsinə, eləcə də onun 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmamasına baxmayaraq Maliyyə Nazirliyi ötən ilin büdcəsindən bəzi dövlət orqanlarına 276,2 mln. manat məbləğində büdcə ssudası verib:

“Maliyyə Nazirliyinin bu qanunsuz əməlinin üstünü Hesabalama Palatası açıb. Lakin Hesablama Palatası hər təşkilata nə qədər ssuda verildiyini açıqlamayıb. Sadəcə Palatının Rəyində dərc edilən cədvəldə büdcə ssudası alan təşkilatların siyahısına Milli Aviasiya Akademiyası başçılıq edir. Yeri gəlmişkən, Milli Aviasiya Akademiyasına ötən ilin büdcəsindən 12,9 milyon manat subsidiya, 2020-ci ilin büdcəsindən isə COVİD dəstək proqramı çərçivəsində 15,5 milyon manat yardım verilib.

Məlumat üçün qeyd edim ki, 6 fakultəsi və 2 min ətrafında tələbəsi olan Akademiyada ödənişli əsaslarla bakalavr təsili alanların İllik təhsil haqqı 2000 manat, magistr təhsili alanların illik təhsil haqqı isə ixtisasdan asılı olaraq 2000-3000 manat, əcnəbi tələbələr üçün təhsil haqqı 6000 manatdır. Amma buna baxmayaraq, Milli Avasiya Akademiyasına büdcədən hər il on milyonlarla manat vəsait ayrılır”./aztoday.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password