Niderland son dəqiqədə sevindi, Belçika Polşanı qol vurmağına peşman etdi

 

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Belçika Polşanı 6:1 hesabı ilə darmadağın edib və ilk qələbəsini qazanıb.

Qrupun digər matçında Niderland səfərdə Uelsə qalib gələrək xallarının sayını 6-ya çatdırıb.

B Liqasının 1-ci qrupunda Şotlandiya Ermənistanı 2 cavabsız qolla üstələyib. Ukrayna isə səfərdə İrlandiyanı yenib – 1:0.

UEFA Millətlər Liqası
A Liqası

4-cü qrup
Uels – Niderland – 1:2
Qollar:
 Riys Norrinqton-Deyvis, 90+2 – Teun Kopmeyners, 50. Vaut Veqhorst, 90+4

Belçika – Polşa – 6:1
Qollar:
 Aksel Vitsel, 42. Kevin De Bröyne, 59. Leandro Trossard, 73. 80. Leander Dendonker, 83. Lois Openda, 90+3 – Robert Levandovski, 28.

B Liqası

1-ci qrup
Şotlandiya – Ermənistan – 2:0
Qollar:
 Antoni Ralston, 28. Skott Makkenna, 40

İrlandiya – Ukrayna – 0:1
Qol:
 Viktor Tsuqankov, 47

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password