Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyi Şəmkirdə respublika zona konfransı keçirib
Şəmkirdə keçirilən konfransda iştiak edən Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov təəssuratlarını Aktualinfo.org-la bölüşüb.
Konfrans ictimai şuralarla icra hakimiyyətləri arasında əməkdaşlığın gücləndirilməsində müəyyən qədər rol oynayacaq. Regionlarda konfransların keçirilməsi onu gösərir ki, ictimai şuraların fəaliyyətinin gücləndirilməsində hökumət maraqlıdılr. İctimai Şuralar bu imkandan yararlanaraq ictimai iştirakçılığın şəffaflığının qorunması sahəsində və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyyələrlə çıxış edə bilərlər.
İctimai nəzarət dövlət siyasətinin həyata keçirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlət idarəetməsi ilə birbaşa bağlıdır. Bu cür tədbirlərinin təşkili ümid edirəm müsbət nəticlərin əldə olunmasına təkan verəcək.
Hesab edirəm ki, konfransdan sonra regionda açıq hökumətin və ictimai nəzarətin fəaliyyətinin gücləndirilməsi, eyni zamanda müxtəlif üsul və vasitələrdən istifadə etməklə, rayonlarda vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakçılığını gücləndirilməsinə dəstək oluna bilər. Habelə, qərarların qəbulu prosesində vətəndaş iştirakçılığına geniş imkan yarana bilər.
İctimai Şuraların təkliflər vermək, yerli icra strukturlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil etmək, yerli icra strukturlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına səy göstərmək, qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına priorotet sahələrindən biridir.
Beləliklə açıq hökumətin təşviqi və ictimi nəzarət sahəsində ictimai şuralar müəyyən təcrübələr əldə edə biləcəklər.
Amma bununla bərabər regionda açıq hökumətin və ictimai nəzarətin təşviqi korrupsiyaya qarçı mübarizəni gücləndirmək üçün institusional dəstək mütləq vacibdir. Belə ki, “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununda tələb olunan işləri icra etmək üçün İctimai Şuralara müəyyən qədər texniki və institusional dəstək vacibdir. Şura Qanunda göstərildiyi kimi daimi yerlərdə ictimai müzakirələr və dinləmələr təşkil etməli , ictimai rəyin öyrənməli, qəbul olunan qərarların ictimai müzakirəsini təşkil etməlidirlər. Xüsusən cəmiyyətdə açıq hökumətin və ictimai nəzarətin təşviqi istiqamətində araşdırmalar aparmağı zəruri hesab edirəm. Bu istiqamətdə konfrans yuxarıda göstərilənlərə bir istiqamət vermiş olacaq.