“Bizim Ermənistanla hər hansı problemimiz yoxdur” – Ceyhun Bayramov

 

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini en yüksək səviyyədə ifadə edib. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

“Bu, Türkiyə və Azərbaycanın Ermənistana yönəlik müsbət mesajlarının nümunəsidir. Türkiyə və Azərbaycan, Ermənistana açıq şəkildə deyir ki, bizim Ermənistanla hər hansı problemimiz yoxdur. Ermənistanla normal qonşuluq münasibətləri qurmağın tərəfdarıyıq və Ermənistan da buna müvafiq addımlar atarsa, beynəlxalq hüquqa sayğı göstərərsə, regional həqiqətləri doğru-düzgün başa düşərsə, bu yolda yaxşı nəticələr əldə etmək mümkün olacaq”, – nazir bildirib.

XİN rəhbəri Ermənistandan da münasibətlərin normallaşdırılmasına yönəlik bəzi müsbət mesajlar gəldiyini xatırladıb: “Bunları pozitiv addımlar olaraq görürük. Bu istiqamətdə irəliləmək başda Ermənistan və Azərbaycan olmaqla bütüm bölgə ölkələrinin mənafeyinə uyğundur. Qonşu ölkələrlə, Azərbaycan ilə Türkiyə ilə əlaqələri normallaşdıraraq inkişaf üçün zəmin yaratmaq hamıdan çox Ermənistanın özü üçün faydalıdır. Çünki işğalçı siyasəti son 30 ildə Ermənistana fəlakətlərdən başqa heç nə gətirməyib. Ermənistan hakimiyyəti bunu anlamalı və doğru nəticələr çıxarmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password