“Sərhəd bölgəsində Belarusun xüsusi təyinatlıları var” – Ukrayna Baş Qərargahı

 

“Volın və Polissya istiqamətlərində Belarus Silahlı Qüvvələrinin əsas səyləri dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə yönəlib. Eyni zamanda, Ukrayna ilə sərhəd bölgələrdə Belarusun xüsusi təyinatlıları var”.

Bu barədə informasiya Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yer alıb.

“Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılması zamanı rabitə mütəxəssisləri və mühəndis-texniki heyətin iclası keçirilib. Belarus ərazisindən raket zərbələri təhlükəsi qalmaqdadır. Düşmən şimal istiqamətində aktiv hərəkətə keçməyib. Qarşı tərəf Sumı vilayətinin Qudovo rayonunda mülki infrastruktura raket zərbəsi endirib. Həmçinin Sumı vilayətində də düşmən Baçivsk, Xodyne və Slavqorod rayonlarını atəşə tutub. Rusiya qoşunları Xarkov istiqamətində aktiv hərəkətə keçməyib. Əsas səylər Ukrayna Müdafiə Qüvvələrinin hərəkətlərinin qarşısını almağa yönəlib. Donetsk istiqamətində isə Rusiya ordusu bütün təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Liman istiqamətində düşmən Yarov, Şçurovo, Starıy Karavan və Raiqorodok yaşayış məntəqələri ərazilərində mülki infrastrukturu atəşə tutub. Krivoy Roq istiqamətində bəzi ərazilərdə düşmən hava kəşfiyyatını gücləndirib və hücum əməliyyatlarına cəhd edib”, – məlumatda bildirilib.

Məlumata görə, Popasna istiqamətində 8-ci Ümumi Ordunun 150-ci motoatıcı diviziyasının bəzi hissələri, şəxsi heyətin, silahların və texnikanın ən azı 50% -i məhv edilib:

“Düşmənin şəxsi heyəti ruhdan düşüb. Rusiya ordusunun şəxsi heyəti döyüş əməliyyatlarında iştirak etmək istəmir. Son sutkada qarşı tərəfin Donetsk və Luqansk istiqamətlərində 5 hücumu dəf edilib. Həmçinin 5 tankı, 3 artilleriya sistemi və 2 zirehli döyüş maşını vurulub. Hava hücumundan müdafiə bölmələri üç ədəd Orlan-10 PUA-sını məhv edib. Digər ərazilərdə də Rusiya Silahlı Qüvvələri xeyli itki verib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password