Rusiyadan Türkiyəyə etiraz – “Bu addım atılsa…”
Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyata hazırlığı ilə bağlı Moskvadan reaksiya gəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
“Ümid edirik ki, Ankara Suriyada onsuz da narahat olan vəziyyətin təhlükəli şəkildə pisləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinəcək. Eyni zamanda, Suriyanın sərhəd bölgələrindən Ankaranın Türkiyənin milli təhlükəsizliyi üçün yaranan narahatlığını anlayırıq”, – Zaxarova bildirib.
Onun iddiasına görə, Suriyanın qanuni hökumətinin razılığı olmadan atılacaq belə bir addım bu ölkənin suverenliyi və ərazi bütövlüyünün birbaşa pozulması olacaq və bu, ölkədə gərginliyi daha da artıracaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl verdiyi açıqlamada yeni əməliyyat mesajını təkrarlayaraq, hədəfin Təl-Rıfat və Mənbiç olduğunu bildirib.