Bakının təzyiqi işini görəcək – Ermənistan bir sıra ərazilərindən İMTİNA EDİR?

 

“Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası prosesinin bilərəkdən ləngidilməsi və sərhədlərimizdə vaxtaşırı olaraq atəşkəsin pozulması hallarının olması təsadüf deyil. Çünki sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın və onun hazırda Ermənistanda himayə etdiyi “kukla rejimin” marağında deyil.​ 

Bunu açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Ermənistanın havadarları və “kukla rejim” delimitasiya prosesini əngəlləmək üçün yollar axtarırılar:

Azərbaycan bütün hallarda sülhə yanaşan bir tərəf kimi öz mövqeyini sərgiləyir və sərhədlərin delimitiasiya olunmasına daima təklifləri biz vermişik. Amma bilinəndir ki, sərhədlərin delimitasiya olunması istənilən halda Azərbaycanın marağınadır. Çünki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir və mütləq sürətdə sərhədlərimiz 1918-1920-ci il xəritələrinə görə yenidən müəyyən olunmalıdır.

Xüsusən də bu gün Ermənistanı buna məcbur etmək üçün əlimizdə yetərincə səbəblər var. Bunlara nümunə olaraq əsrlərdir bizə qarşı törədilən soyqırımları, mədəni, irsi, ekoloji və yekun olaraq iqtisadi  zərbələri sadalamaq olar. İndiyə qədər bizə qarşı törədilən cinayətlərin təzminat dəyəri 200 milyard dolların üzərindədir. Ermənistan bu təzminatı ya ödəməli ya da qarşılığında ərazilər verməlidir. Bəhs olunan rəqəmin qarşılığı olaraq Ermənistanın bu gün mövcud olan cəmi ərazisi belə yetərli deyil əslində. Azərbaycan isə bununla müqayisədə daha azını tələb edir. İstənilən halda 1920-ci il xəritəsinə görə delimitasiyanın yekunlaşdırılması tam hüququmuzdur və bu istiqamətdə qətiyyətli addımlar atılmalıdır./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password