“Putin və Ərdoğan razılaşıb, qısa müddətdə…” – Makrondan kritik mesaj
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının liderlərinin zirvə toplantısından sonra verdiyi açıqlamada Türkiyə ilə bağlı da fikirlər də səsləndirib.
Makron Türkiyənin bölgədə önəmli yerinin olduğunu bildirib.
Makron Türkiyənin yardımı ilə BMT-nin nəzarəti altında qısa müddətdə Ukraynadan 20 milyon ton taxıl çıxarmağa çalışdıqlarını bildirib.
Türkiyənin mövqeyi və Qara dənizlə bağlı razılaşmalar çərçivəsində mühüm rola malik olduğuna diqqət çəkən Makron Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında Ukraynadan taxıl və buğda ixracı ilə bağlı danışıqlarda müsbət nəticələr əldə edildiyini deyib.
Problemin yaxın günlərdə həll olunacağına ümid etdiyini bildirən Fransa prezidenti ukraynalı həmkarı Vladimir Zelenski və BMT baş katibi Antonio Quterreşin həll yolu axtarışlarını yüksək qiymətləndirdiyini qeyd edib.