“Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcək” – Ömər Çelik

 

Cari ilin iyun ayının sonunda Madriddə keçiriləcək NATO sammitində Türkiyə alyansın yeni strateji konsepsiyasına öz yanaşmalarını təqdim edəcək.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) açıq qapı siyasətini dəstəkləyir, lakin onun ilk növbədə təhlükəsizlik bloku olmasından irəli gəlir, ona görə də alyansa daxil olmağı planlaşdıran ölkələr təşkilata üzvlük kriteriyalarına əməl etməlidir.

Bununla bağlı Çelik Türkiyə rəhbərliyinin mövqeyini bir daha bəyan edərək, Ankaranın hər iki Skandinaviya ölkəsi terror təşkilatlarına münasibətinə yenidən baxmayana qədər İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcəyini bəyan edib.

Türkiyənin hakim partiyasının sözçüsü həmçinin bildirib ki, Ankara terrorçuluğu dəstəkləyən ölkələrə qarşı veto hüququndan istifadə edə bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password