Rusiya və Ukrayna arasında münaqişəni ABŞ qızışdırıb – Patruşev

 

TASS-ın yaydığı xəbərə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, amerikalılar Rusiya və Ukrayna arasında Vaşinqton tərəfindən qızışdırılan münaqişədən özlərinin bir sıra siyasi və iqtisadi vəzifələrini həll etmək üçün istifadə edirlər.

“Təhlükəsizlik sahəsində konstruktiv dialoqdan qəti şəkildə imtina edən ABŞ və müttəfiqləri Ukraynada hərbi gərginliyin artmasına, Donbasda münaqişənin qızışmasına və Rusiyanı onun içərisinə çəkməsinə hər cür töhfə verdi”, – Patruşev Kazanda milli təhlükəsizliklə bağlı keçirilən iclasda bildirib.

Patruşevin fikrincə, dünyada başlanan qlobal anti-Rusiya kampaniyası sübut edir ki, Ukrayna Qərb üçün Rusiyanı zəiflətmək və təcrid etmək məqsədi daşıyan hibrid müharibəni açıq şəkildə açmaq üçün sadəcə bəhanə olub.

“Bu niyyətlər 2022-ci ilin fevralından çox əvvəl yaranıb və Rusiya Federasiyasının hərəkətlərindən asılı olmayaraq həyata keçirilə bilərdi”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

“Rusiya 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra 8 il ərzində vəziyyəti sülh yolu ilə həll etmək üçün əlindən gələni etdi. Lakin bütün cəhdlərimiz boşa çıxdı”, – o deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password