Ermənistan peyki bunun üçün alıb – Qriqoryan

 

Biz təkcə peyk deyil, Ermənistanda stansiyanın tikintisini və potensialın gücləndirilməsini almışıq.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “CivilNet”ə müsahibəsində deyib.

O bildirib ki, peykdən alınan informasiyaları təhlil edəcək komandaya da “Satlantis” təlim keçəcək.

Qriqoryan Ermənistanın ilk peykinin imkanlarının “orta səviyyədən yuxarı” olduğunu da açıqlayıb:

“Bu, ilk addımdır. Kim bunun bizim bütün problemlərimizi həll edəcəyini düşünürsə, məyus olacaq. Düzdür, peykin imkanları ortadan yuxarıdır, ancaq bu bizə çoxsaylı məsələləri həll etməyə imkan verəcək – kənd təsərrüfatından demorkasiya prosesinə qədər. Peyk demarkasiya prosesində istifadə olunacaq. O, digər peyklərdə olmayan keyfiyyətlərə malikdir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan 26 mayda verdiyi açıqlamada 25 may tarixində ölkənin ilk peykinin kosmosa çıxarıldığını açıqlamışdı. O bildirmişdi ki, bu, Ermənistanın “Geokosmos” və İspaniyanın “Satlantis” şirkətləri arasında əməkdaşlıq nəticəsində mümkün olub. Peyk “SpaceX” şirkətinin gəmisi ilə göndərilib.

Erməni mütəxəssislər isə buna şübhə etmiş, peykin ən yaxşı halda kirayə götürüldüyünü bildirmişdilər. Çünki peyk üçün 200-250 milyon dollar, üstəlik, Beynəlxalq Telekommunikasiya İttifaqı üzvlərinin (o cümlədən Azərbaycanın) razılığı lazımdır.

Erməni ekspertlərin sözlərinə görə, kirayə götürülən peykin imkanları da çox azdır.

Professor Fərhad Mehdiyev bunun müşahidə peyki olmasına diqqət çəkərək, Ermənistanın Azərbaycanın hərbi obyektlərini izləmək üçün bundan istifadə edə biləcəyini bildiriblər./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password