Məktəb qan gölünə döndü: 21 ölü – ABŞ matəmdə

 

ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub.

Bu barədə CNN xəbər verir.

Daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.

Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. “O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb”, – qubernator deyib.

ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Texasın Uvald şəhərində orta məktəbdə atışma qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ölkədə və xaricdəki hökumət binalarında bayraqların yarıyadək endirilməsini əmr edib.

“ABŞ bayraqlarının 2022-ci il mayın 28-də gün batana qədər Ağ Evin üzərində, eləcə də bütün dövlət binalarında və ərazilərində endiriməsini əmr edirəm”, – dövlət başçısının sərəncamında deyilir. Bu, bütün səfirliklərə, hərbi bazalara və gəmilərə də aiddir.

Ağ Evdən bildirilib ki, Bayden çərşənbə axşamı Texasda baş verənlərlə bağlı açıqlama verəcək.

ABŞ Prezidenti Co Bayden Uvald şəhərində (Texas) ibtidai məktəbdə baş verən atışma barədə məlumatlandırılıb, həlak olanların və yaralananların ailələrinə başsağlığı verib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, çərşənbə axşamı Amerika lideri insidentlə bağlı açıqlama yayacaq.

“Prezident Bayden Texasda ibtidai məktəbdə atışma ilə bağlı dəhşətli xəbərlə bağlı məlumatlandırılıb və (yeni) məlumatlar əldə olunduqca müntəzəm olaraq məlumatlandırlmağa davam edəcək. O, bu axşam Ağ Evə qayıdanda açıqlama verəcək”, mətbuat katibi tviterdə yazıb.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password