Əliyev-Paşinyan görüşü: Bakı səmasında türk qırıcıları, Ərdoğanın Azərbaycana səfəri…

 

Avropa İttifaqı Şurasının prezidenti Mişel Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyan ilə üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Bu gün mən Azərbaycan prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı yenidən qəbul etdim. Bu, bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik.

Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Biz humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq. Aşağıdakı nəticələrə nail olduq:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün suallara cavab verəcək.

Nəqliyyat əlaqələri

Liderlər nəqliyyat əlaqələrinin açılmasına davam etməyin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə, xüsusilə, onlar sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəliblər. Baş nazirin müavinləri yaxın günlərdə bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Xarici işlər nazirlərinin başçılıq etdiyi qruplar bu prosesi yaxın həftələrdə irəli aparacaq. Bundan  əlavə mən hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu da vurğuladım.

Sosial-iqtisadi inkişaf

Aİ hər iki tərəflə hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafı inkişaf etdirməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini davam etdirəcək.

Mən həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.

Biz sıx əlaqə saxlamağa razılaşdıq və iyul/avqust aylarında eyni formatda yenidən görüşəcəyik”.

Şarl Mişelin bəyantın; sizinlə bölüşür və bəyanata  istinadən aşağıdakıları bildirmək istərdim.

Əvvala, bu formatda görüşlərin Brüsseldə keçirilməsini təqdir edirəm, mümkün qədər Kremldən uzaq olmaq lazımdır. Çünki,  Moskva ordusunu Qarabağda yerləşdirməklə artıq maraqlı tərəfə çevrilib. Rusiya sülh razılaşmasında həllində deyil, əksinə Qarabağa nəzarətini uzunmüddətli dövrdə saxlamaqda maraqlıdır.

İkincisi, Brüssel açıqlamasında statusdan deyil, Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruriyyətindən danışır. Bu? Azərbaycanın maraqlarına uyğundur. Lakin buna nail olmaq üçün Baydenin təbrik məktubunda qeyd olunduğu kimi  Azərbaycan hakimiyyəti  bütün azərbaycanlıların (talış, ləzgi, tat, erməni və başqaları)  hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmalıdır. Göründüyü kimi, Vaşinqton və Brüssel arasında bu istiqamətdə razılaşma vardır və onlar Qarabağ probleminin həllinə Azərbaycanda demokratikləşmə prizmasımdan baxırlar. Bu Azərbaycanın ən zəif bəndidir.

Üçüncüsü, Brüssel Moskvanı təşəbbüsü ilə başlayan sərhəd, nəqliyyat məsələlərini sosial-iqtisadi inkişafa bağlamaqla öz nəzarətinə keçirməyə və bu istiqamətdə yalnız diplomatik deyil, həm də maliyyə dəstəyi göstərməyə çalışır.

Dördüncüsü, böyük ehtimalla rəsmi Bakı əsirlərin bir qrupunu geri qaytaracaq.

Nəhayət, bu görüşdən bəlli oldu ki, yaxın 2 ay ərzində sülh danışıqları davam edəcək, əgər razılaşma olarsa ən yaxşı halda iyul və ya avqust aylarında., əgər o zamana qədər Ukrayna müharibəsi bitərsə və Rusiya bu müharibədə məğlub olarsa. Tərəflər hər hansı bir sənədə imza ata bilər.

Yeri gəlmişkən, bu arada Türk F-16-ların Azərbaycan səmasında görünnməsi və mayın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri də təsadüfi deyil.

Qubad İbadoğlu

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password