Sülhməramlılar Qarabağdan çıxacaqmı? – Korıbko
Amerikalı siyasi ekspert Endryu Korıbkonun müsahibəsi:
– Brüssel görüşü hazırda regionun əsas mövzusudur. Hadisələrin gələcək inkişafını necə görürsünüz?
– Qeyri-qanuni silahlı erməni qruplaşmalarının hərəkətə keçmə və stabilliyi pozmaları ilə bağlı risk həmişə var, lakin hər şeyi nəzərə alsaq, situasiya ümumilikdə sabit görünür.
– Brüssel görüşündən sonra sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlənib, hər iki tərəf artıq komissiya yaradıb. Qarşıda prosesə mane olma cəhdləri mümkündürmü?
– Hazırda ən böyük qeyri-müəyyənlik qeyri-qanuni silahlı erməni qruplarının statusudur. Qaranlıq məqamlardan biri də Rusiya sülhməramlılarının nəzarət etdiyi regionda etnik qrupların Azərbaycana tam inteqrasiyası zamanı xüsusi status əldə etmək məqsədləri ilə bağlıdır.
– Sizcə, müddətin sonunda sülhməramlılar bölgədən çəkiləcəkmi?
– Buna cavab vermək hələ tezdir./axar.az