Rusiya festivalından filmini geri götürən rejissor səbəbi açıqladı

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç  sualları cavablandırıb.

Qısa müsahibəni təqdim edirik.

– Rusiyanın Ukraynaya qarşı müharibə aparmasına etiraz olaraq Krımda keçirilən “Zolotoy Vityaz” (“Qızıl Pəhləvan”) festivalından imtina etdiniz. “Qırmızı” filmi ilə festivala nə zaman müraciət etmişdiniz?

– Əslində, “Zolotoy Vityaz” mənim üçün sevimli festivallardan olub. Son on ildə festivalda altı dəfə iştirak etmişəm. Festival Rusiyanın müxtəlif şəhərlərində keçirilir. Orada dəfələrlə laureat olmuşam.

Festivaldan imtina etməkdə məqsədim məsələni siyasiləşdirmək deyil, bunu ictimai addım kimi qiymətləndirirəm. Keçən il yay aylarında Rusiya, Ukrayna və müxtəlif postsovet ölkələrində baş tutan festivallara müraciət etdim. “Qırmızı” filmi dəfələrlə festivallarda nümayiş olundu.

Amma bu dəfə xəbər gəldi ki, sizin filminiz Krımda “Zolotoy Vityaz” festivalına daxil edilib. Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətinə rejissor kimi ictimai qınağımı göstərmək istədim. Ötən gün rəsmi məktub ünvanladım ki, filmim festivalın proqramından çıxarılsın və səbəbini də bildirdim.

– Demək, festivaldan imtina etməyinizə səbəb üç gün öncə sizə gələn məktub olub…

 

– Bəli. Ukraynadakı hadisələrə görə mənim əlimdən gələn budur. Mən etirazımı bununla bildirmək istədim.

– Müraciətinizə cavab verildi?

– Müraciətimə cavab daha mənim üçün maraqlı deyil. Mən öz fikrimi çatdırdım. Artıq əvvəlcədən məlumat verilib, əlimdə sənəd var. Festivalın rəhbərliyi tərəfindən filmin çıxarılıb-çıxarılmaması texniki məsələdir.

“Zolotoy Vityaz” çox tanınmış festivaldır. Festival mayın 22-dən 27-dək davam edir. Bacardığım qədər haqq-ədalətin yanında olmağa çalışıram. Ukraynaya isə sülh arzulayıram./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password