Qarabağdan əlavə bu ərazilər də qaytarılır – Gözlənilən baş verdi

 

“Bu görüşün digərlərindən əsas fərqi, digər görüşdə artıq tərəflərin daha qətiyyətli olması və razılaşdırılan məsələləri icra etməyə daha həvəsli olmasıdır. Çünki daha əvvəllər də əslində, bu məsələlər razılaşdırılmışdı”.

Bunu açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Son Brüssel görüşünü kifayət qədər uğurlu hesab etmək olar:

“Birinci Brüssel görüşündə Zəngəzurdan dəmiryolu xəttinin açılması, ikinci Brüssel görüşündə isə sərhədlərin delimitasiya-demarkasiyası və sülh komissiyalarının yaradılması razılaşdırılmışdı. Amma burada əsasən də xarici qüvvələrin təzyiqi ilə müəyyən problemlə mövcud idi. Çünki Ermənistan tərəfi bunları yerinə yetirməkdən müəyyən qədər imtina etməyə çalışırdı. Çünki Paşinyan hakimiyyəti üzərinə həm daxildə “Qarabağ klanı”ndan etirazçıların, həm də xaricdən, xüsusən də Rusiya tərəfdən çox güclü etirazlar var idi və bunu Rusiya tərəf açıq şəkildə həm Paşionyanı Moskvaya çağırırdı, həm də ki, mümkün qədər Avropa İttifaqının bu vasitəçilik missiyasını kölgəyə salmağa, onun əhəmiyyətsiz olmağa, bölgədə yeganə qərarın yenə Rusiya tərəfindən verildiyini və yeganə vasitəçiliyin ancaq Rusiya tərəfindən edildiyini bildirməyə çalışırdı.

Amma sonuncu görüşdə bəlli idi ki, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öz şikayətini bildirəndə artıq o, Moskvanın dediklərini deyil, Avropa İttifaqının dediklərinə qulaq asacaq. Elə də oldu. Son Brüssel görüşü kifayət qədər uğurlu bir görüş oldu. Artıq delimitasiya-demarkasiya ilə bağlı komissiyalar elan olunub, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verdi. Artıq onun üzərində işlər gedir. Bu görüş əslində, əvvəlki iki görüşdə ümumi razılaşdırılan məsələlərin təsdiq olunması və həyata keçirilməsi görüşü oldu deyə bilərik.

Burada daha bir maraqlı məqam odur ki, bizdə komissiyaların tərkibi ilə tanışlıq zamanı əlavə bir komissiya da sırf sərhədyanı rayonlarla bağlı oldu. Biz düşünürük ki, burada sadəcə Qarabağın sərhədyanı rayonları – Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan deyil, eyni şəkildə Qazax, Ağıstafa, Tovuz və s. rayonlarının olması onu deməyə əsas verir ki, Qazaxın işğalda olan 7 kəndinin və bitişik ərazilərin də qayıtması məsələsi gündəlikdədir.

Çünki üç komissiya var: komissiyalardan biri sırf sərhədyanı kəndlərə aiddir və burada Qarabağda müzakirə mövzusu olmayan rayonların rayonların da icra başçıları da əlavə olunub. Bu komissiyada isə su təsərrüfatı ilə bağlı qurumların olması çox əhəmiyyətlidir. Çünki yaxın gələcəkdə, – su, bilirsiniz, benzindən də baha olacaq, – dünya su qıtlığı ilə üzləşəcək və su komissiyasının olması Azərbaycanın gələcəkdə içməli su ilə və suvarma üsulu ilə təminatıyla bağlı gələcək problemləri, qorxuları aradan qaldıracağına xidmət edəcəyini düşünürəm”./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password