Azərbaycanda Avtomobil Yolları İnformasiya Sistemi yaradılıb

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradıb.

Bununla bağlı bu gün qurum təqdimat keçirib.

Təqdimatda bildirilib ki, 6 aylıq sınaq müddəti ərzində Agentliyin aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilib, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS-dən istifadə edilməklə paralel şəkildə həyata keçirilib. Sınaq müddətində AYİS-də Agentliyin Aparatının işçiləri, eləcə də AAYDA-nın tabeliyindəki MMC-lərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılıb və bu günə qədər 15 mindən artıq sənəd AYİS-də qeydiyyata alınıb. Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin AYİS-ə uyğunlaşması prosesinin əsası qoyulub, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılıb.

AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan MMC-lərin də AYİS-ə inteqrasiyası nəzərdə tutulub. Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.

Bu il AYİS proqram təminatından istifadə etməklə 3701 xaric olan sənəd qeydiyyata alınıb ki, bunun 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olub. Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi, fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli əmri ilə AYİS-in Təhlükəsizlik Komissiyası yaradılıb. “Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və “Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password