Dünyanı qorxuya salan “meymun çiçəyi”: “Pandemiya olmayacaq” – Adil Qeybulla

 

Meymun çiçəyi virusu çiçək virusu ailəsinə aiddir. Buraya varisella, vaksiniga virusu və digərləri aiddir. Bu, DNT, dezok serumu, nuklein turşusu olan virus olduğu üçün mutasiyaya məruz qalmır.

Bunu açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

Adil Qeybulla: “Xarici həkimlərin maaşları 5 qat artıq verilir”

Onun sözlərinə görə, bu virus demək olar ki, qripə bənzər əlamətlərlə keçir:

“Üşütmə, qızdırma, titrətmə, əzələ və bel ağrıları, halsızlıq kimi simptomları var. İlk dəfə olaraq Danimarkanın Kopenhagen şəhərində aşkarlanıb. İlk dəfə xəstəlik Afrikanın Konqo Respublikasında aşkarlanıb və zamanında lokallaşdırılıb.

Ümumiyyətlə, bu infeksiya heyvanlardan insanlara keçib. Daha çox meymunlarda təsadüf edilir. Buna görə də xəstəliyə bu ad verilib. Sadəcə olaraq, virus insandan insana dəri təması vasitəsilə, hava damcı yolu ilə keçsə də, COVID-19 kimi deyil. Hazırda meymun çiçəyi virusunun yayılması müəyyən arealı əhatə edir. Qloballaşan dünyada yaşayırıq və bunun ayrı-ayrı ölkələrə yayılması mümkündür”.

Professor bildirib ki, xəstəliyin pandemiya halı alması mümkün deyil: “Çünki dünyanın xəstəliklərə nəzarət və profilaktikası mərkəzləri, Ümumdünya Səhiyyə Təşkilatı prosesləri diqqətlə izləyir. Lakin hər bir ölkə ehtiyatlı olmalı, transsərhəd nəzarəti gücləndirilməlidir. Xəstəlik əlaməti olan şəxslər – dərisində xırda irinliklər varsa, qripə bənzər əlamətlər varsa, təcili karantinə alınsınlar. Hansı ölkədə bu tapılıbsa, orada karantin elan edilməli, müvafiq şöbələr ayrılmalıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password