Zelenski Zalujnı ilə savaşır: yeni Mariupol yaranır

 

Ukrayna Prezidenti Zelenski və ukraynalı general, Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında mübahisə yaranıb.

Bu barədə rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov məlumat yayıb.

“Ukraynalı əsgərlər Severodonetsk və Lisiçansk rayonunda mühasirəyə düşüblər, bir azdan mühasirə tamamlana bilər. Bu, o deməkdir ki, indi Severodonetsklə Ukrayna ordusunun əsas qrupunu birləşdirən bütün yollar Rusiya ordusunun atəşi altındadır. Yaxın zamanlarda isə bu yollar birbaşa Rusiya ordusunun nəzarətinə keçəcək.

Bu vəziyyətdə Zalujnı Mariupol modelindən qaçmaq üçün əsgərləri Severodonetsk və Lisiçanskdan çıxararaq Kramatorsk və Slavyanska keçirmək istəyir. Zelenski isə yalnız Mariupol taktikasının təkrarlanmasını tələb edir.

ABŞ hərbi rəsmiləri bu mübahisədə ali arbitr kimi çıxış edir, Zelenskini dəstəkləyir. Odur ki, Severodonetsk və Lisiçanskda yeni Mariupol ola bilər”, – o qeyd edib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password