Ukraynaya dəymiş ziyan necə ödəniləcək?

 

Yaxın vaxtlarda Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyanın ödənilməsi mexanizminin layihəsi təqdim olunacaq.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Andriy Yermak (@AndriyYermak) / Twitter

“Bir neçə problemi mümkün qədər tez həll etməliyik. Milli məhkəmələr və beynəlxalq arbitrajların müvafiq yurisdiksiyası yoxdur, Avropa İnsan Haqları Məhkəməsi öz qərarlarını icra edə bilmir, BMT Rusiyanın Təhlükəsizlik Şurasında olması ilə demək olar ki, iflic vəziyyətinə düşüb”, – Yermak söyləyib.

Onun sözlərinə görə, kompensasiya mənbələri həm Rusiyanın enerji daşıyıcıları və əməliyyatları üzrə artıq qeyd olunan xüsusi vergilər və rüsumlar, həm də dövlət və özəl mülkiyyət ola bilər.

Qeyd edək ki, Rusiyanın xaricdə üzərinə həbs qoyulmuş aktivlərinin Ukraynaya verilməsi mexanizmi də nəzərdən keçirilir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password