Oğuzda kənd Bələdiyyəsinin sədri kimlərlə, nələrin mübarizəsini aparır – MÜRACİƏT

 

Oğuz rayon Filfilli kəndində daimi qeydiyyatda olan və yaşayan, hazırda Filfilli kənd Bələdiyyəsinin sədri olan Ağayev İlkin Yamən oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Ədliyyə naziri  Fikrət Məmmədova, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova,  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə, Dövlət Ekoloji Təhlükəsizlik İdarəsinə və digər aidiyyatı dövlət orqanlarına 2015-2022-ci illərdə Oğuz rayonun Filfilli kənd bələdiyyəsinin fəaliyyətinin və onlara qarşı tərtib edilən cərimə aktlarının nə dərəcədə reallığa uyğun olub,olmamasını hərtərəfli və obyektiv araşdırılmasına və hüquqi qiymət verilməsi ilə bağlı müraciət məktubu ünvanlanıb.

Aktualinfo.org Filfilli kənd Bələdiyyəsinin sədri İlkin Ağayevin sözügedən müraciət məktubunu olduğu kimi diqqətinizə çatdırır. O, yazır ki:

 Məlumat üçün bildirmək istəyirəm ki, 2021-ci ilin sentyabr ayınadək Oğuz rayonun Filfilli  kənd ərazisində yerləşən “qala dağı” adlanan ərazidən 300-ə qədər müxtəlif diametrli fıstıq və fələs ağcları qanunsuz olaraq kəsilərək daşınmışdır. Biz, yerli bələdiyyə tərəfindən belə qanunsuz ağac kəsintilərinin qarşısının alınması və həmin ərazinin bələdiyyənin balansında olub,olmaması barədə sorğumuzu yuxarı orqanlara rəsmi məlumatlar vermişik.  Lakin təəssüflər olsun ki, rəsmi müraciətlərin indiyədək nəticəsi olmamışdır. Yalnız ETSN Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzi tərəfindən bu yaxınlarda sözügedən əraziyə yerində baxış keçirilmədən bildirmişlər ki, “Qala dağı” adlanan yer dövlət meşə fonduna aid deyildir.  Lakin 2020-ci ildə həmin ərazidə kəsilən qanunsuz ağaclar müsadirə olunaraq  ZİL 131 markalı yük avtomobili ilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə daşınmışdır. Mərkəzin rəhbəri cənab Alim Əlizadə yerli bələdiyyəyə bildirmişdir ki, “kəsilən ağaclar meşə fonduna aid olduğu üçün onları idarənin ərazisinə aparırıq”.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2020-ci ilin əvvəlində rəsmi müraciətlər etdik ki, sözügedən ərazi ( “qala dağı”) yerli bələdiyyənin fonduna aid olub olmaması araşdırlsın və lazım olarsa təhvil-təslim aktı tərtib edilsin. Lakin rəsmi müraciətimizə aidiyyatı orqanlar tərəfindən heç bir cavab verilmədi. Hələ, 2018-ci ildə ETSN nazir müavini ( meşə təsərrüfatı üzrə) cənab Firdövsi Əliyev qonşu Sincan kəndində səyyar  görüş keçirən zaman biz sakinlər ərizə ilə müraciət etdik ki, bələdiyyə mülkiyyəti adı altında “qala dağı” adlanan ərazidəki meşələri qırıb satırlar, tədbir görülsün. Amma hələ də cavab verilməyib. Lakin o da məlum oldu ki, yerli meşə fondunun işçisi olan Seyidəliyev Bakıxan bu ərazidə kəsilən ağacları damqalayıbdır. ( ona məxsus möhürlər aşkarlandı) Bundan sonra yerli hüquq –mühafizə orqanları tərəfindən rəy verildi ki, həmin ərazi dövlət meşə fondu ərazisidir. Lakin ağac kəsənlər tapılmadı. Amma yerli əhalinin də əksəriyyəti çox yaxşı bilir ki, 2020-ci ilə qədər kütləvi ağac kəsintilərini bu ərazidə yerli bələdiyyə həyata keçirmişdir. Yəni, konkret olaraq yerli bələdiyyə sədri Akif Nəsirovun, qardaşı Yaqub Nəsirovun və havadarlarının köməkliyi ilə bu qanunsuz ağac kəsintiləri baş vermişdir. Xatırladaq ki, Filfilli kənd bələdiyyəsinin binası 2020-ci ilin yanvarın 17-dən 18-nə keçən gecə səhərə yaxın kənar müdaxilə ilə yandırılmışdır. Çünki həmin gün yeni seçilmiş bələdiyyə üzvlərinin yığıncağı olmuş və yeni sədr seçilmişdir. Bələdiyyə binası təbii qaz və elektriklə təchiz olunmamışdır. Müəmmalı yanğın zamanı prezidentlərin fotoportretləri, dövlət rəmzləri, möhür və bütün arxiv materialları məhv edilmişdir. FHN-nin Yanğından Mühafizə Bölüyünün verdiyi rəyə əsasən yanğın kənar müdaxilə nəticəsində baş vermişdir. İnzibati binanın tamamilə yanmsına baxmayaraq dəymiş ziyanın miqdarı qəsdən az göstərildiyinə görə cinayət işi başlanmamışdır. Lakin sənədləri araşdırdıqda məlum olur ki, 50 ha örüş sahəsi qanunsuz olaraq kənar fiziki şəxslərə satılmışdır. Həmin dövrdə bələdiyyənin gəlirləri kifayət qədər çox olsa da,  DSMF-yə külli-miqdarda, yəni 30 000 manat borcu yaranmışdır. Təkcə 2019-cu ilin 4-cü rübündə bələdiyyənin 15000 manat xalis gəlir əldə etmişdir. Hazırd da yerli sakinlərdən bəzilərinin pay torpaqlarını da 2020-ci ilədək bələdiyyə torpağ kimi başqa şəxslərə satıldığına görə yerli polis şikayətləri araşdırır. Onu da diqqətinizə çatdırmaq istərdim ki, 2015-2019-cu illər ərzində bələdiyyə tərəfindən tərtib olunmuş silinmə aktlarında qeyd edilən imzaların saxta olduğu üzə çımış və heç biri öz təsdiqini tapmamışdır. Yəni, 2015-2019-cu illər ərzində keçmiş bələdiyyə sədri tərəfindən törədilən qanusuz sənədlərin arxivdəcə məhv edilməsi( cinayətlərin yeni bələdiyyə tərəfindən üzə çıxmaması üçün) yalnız Akif Nəsirovun işinə yaraya bilərdi. Ona görə də bələdiyyə binasının qəsdən yandırılmasına əsaslı şübhələr hazırda gəldiyimiz sənəd saxtakarlığından qaynaqlana bilərdi. Hesab edirik ki, yanğın cinayətinin motivini araşdırmaq hüquq-mühafizə orqanları üçün o qədər də çətin olmaya bilər. Sabiq bələdiyyə sdəri Akif Nəsirov indi də vaxtilə “qala dağı” adlanan ərazidəki kəsdirib satdığı fıstıq və fələs ağaclarına görə bu il ETSN əməkdaşları ilə gizli sövdələşməsi nəticəsində indiki bələdiyyə heyətinə 16000 manat cərimə protokolu tərtib etdirmişdir ki, yenidən bələdiyyə sədri keçərək yerdə qalan qanunsuz hərəkətlərini davam etdirsin. Məsələ hazırda Oğuz rayon prokurorluğunda araşdırmadadır. Biz də bələdiyyə olaraq istər həmin ərazinin təhvil-təslimilə, istərsə də həmin ərazinin hansı quruma aid olub,olmaması barədə yazılı müraciətlərimizi yerli prokurorluğa təqdim etmişik. Budur. Hər gün kənd sakinləri onlara qarşı əvvəlki bələdiyyə sədrinin törətdiyi qanun pozuntularıilə bağlı müraciətlər edirlər. Bilmirik nə edək?

 Odur ki, cənab Prezidentdən və baş prokuror cənab Kamran Əliyevdən  xahişimiz budur ki, 2015-2022-ci illərdə Oğuz rayonun Filfilli kənd bələdiyyəsinin fəaliyyətinin və bizə qarşı tərtib edilən cərimə aktlarının nə dərəcədə reallığa uyğun olub olmamasını hərtərəfli və obyektiv araşdırılmasına,  və hüquqi qiymət verilməsi üçün müraciətimizi şəxsi nəzarətinizə götürəsiniz. Əvvəlcədən təşəkkürlər.

ilkin Agayev.jpg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password