İrəvanın Bakıya təkliflərindəki hiylələr – Mixaylov

 

İrəvan növbəti dəfə Azərbaycanla münasibətlərin normallaşmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır.

Bu fikirləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

“İrəvanın irəli sürdüyü təkliflər arasında Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsini təmin etməyə yönəlmiş bir çox erməni “hiylələri” var – məsələn, “Qarabağın və orada yaşayan ermənilərin “status”u adlandırılan” prinsiplər. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir. Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər. Və indiki şəraitdə ATƏT-in Minsk Qrupu ilə bağlı “hiylələr” heç də işə yaramır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov MQ-nin dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma bunun sonda nəticə verəcəyini düşünmürəm”, – ekspert bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password