İrəvanın 6 şərtinə qarşı 5 bəyanat – “Minsk qrupu öldü”

 

“Nəzəri və praktiki cəhətdən status məsələsində güzəşt mümkün deyil”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov deyib.

O, Prezident Əliyevin sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların görüşünün ləğvi ilə bağlı bəyanatı və Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın bunu texniki məsələlərdə razılığın yoxluğu ilə izah etməsinə toxunub:

“Sərhədlərlə bağlı olan komissiyanın mandatı Brüsseldə AŞ prezidenti Şarl Mişelin rəhbərliyi ilə üçtərəfli görüşdə təsdiqlənib və bu mandat iki hissədən ibarətdir. Birincisi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədlərinin delimitasiyası və demarkasiyası, ikinci isə sərhəddə təhlükəsizliyin təmin edilməsi. Yəni sərhədlə bağlı komissiyada Qarabağla bağlı müzakirə aparmaq yersiz və məntiqsizdir, eləcə də mandatda bu göstərilmir.

Rəsmi İrəvan çalışır ki, bu məsələni sülh müqaviləsi ilə bağlı formalaşacaq işçi qrupunda müzakirə etsin. Onun 6 prinsipdə əks olunanlar məhz bu işçi qrupuna aid olan məsələdir və bu, XİN rəhbərləri səviyyəsində həyata keçirilməlidir, çünki onlara tapşırıq verilib. Bu görüşdən isə hələ ki əsər-əlamət yoxdur”.

Politoloq əlavə edib:

“Onlar rəsmi Bakının 5 prinsipini qəbul edəcək, amma Azərbaycan onların bəyan etdiyi, informasiya xarakterli 6 prinsipə reaksiya verməyəcək. Yəni status və Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini müzakirə etmək üçün format yoxdur”.

F. Məmmədov vurğulayıb: “Rusiya, eləcə də Aİ-nin vasitəçiliyi ilə bir neçə görüş olub. 5 bəyanat var. 3-ü üçtərəfli bəyanatdır, 2-si Aİ-nin vasitəçiliyi ilə. Birinci bəyanatı nəzərə almasaq, qalanlarında nə statusdan söz açılır, nə də Qarabağ ermənilərinin təhlükəsizliyindən. Bu çərçivədə sözügedən mövzularda Ermənistanla heç müzakirə formatı yoxdur. ATƏT-in Minsk qrupu da ölüb getdi. Ermənilər bu mövzunu digər formatlara və platformalara köçürmək istəyirlər. Amma Azərbaycan buna imkan verməyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password